
Tufandağ buzlaqları əriyir – "İstiləşmənin ciddi fəsadları, böyük itkiləri ola bilər"
17:30 29.08.2018
Arxiv
903
"Tufandağda buzlaqların əriməsi bir neçə il əvvəl başlayıb. Bu proses dağın ətəyində yerləşən yaşayış yerlərinin, kəndlərin ekosisteminə mənfi təsir edə bilər”.
Bunu "Sherg.az”a Tufandağ buzlağının əriməsinin nəticələri haqqında danışarkən ekspert İsa Əliyev söyləyib. O qeyd edib ki, Tufandağın ətəyindəki ərazilərdə bulaqlar, su hövzələri quruya, meşələrdə deqradasiyalar baş qaldıra bilər:

"Buzlaqların əriməsi hər kəsin anladığı kimi müsbət hadisə deyil. İqlim dəyişməsi, bəzi ekoloji problemlər, mənfi nəticələr ortaya çıxa bilər. Proses davam etdikcə, ildən ilə əhalinin su ilə təminatı azala bilər. Əkin torpaqlarının məhsuldarlığı, meşə torpaqlarının münbitliyi, nəmişliyi zəifləyəcəkdir”.
İsa Əliyev xatırladıb ki, istiləşmə bütün dünyada davam edən qlobal problem olaraq qalır. Onun sözlərinə görə, hansısa ölkənin fərdi şəkildə addım atması buzlaqların əriməsinin qarşısını almağa kifayət etməyəcək:
"Bu prosesə bir növ qanunauyğun yanaşmaq lazımdır. Bəşəriyyətdə orta iqlim temperaturu 4-5 dərəcə istiləşməyə doğru gedir. İstiləşmənin ciddi fəsadları, böyük itkiləri ola bilər. Yağıntıların xarakteri də bununla bağlı olaraq, dəyişəcəkdir. Əkin sahələrinə, yaşayış yerlərinə davamlı leysan yağışların yağması məhsuldarlığa məhv edəcək, əhalinin həyat şəraitini çətinləşdirəcək. Bütün bunlar iqlimin dəyişməsi, buzlaqların əriməsi kimi problemlərin nəticəsi olaraq yaxın illərdə ortaya çıxa bilər”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinin iştirakı ilə Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil edilib. Nazirliyin məlumatına görə, 3755 m yüksəklikdə aparılan tədqiqatlar nəticəsində buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünün artması, buzlaq dilinin hər keçən il geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin və sərfinin artdığı müəyyən olunub. Bu da buzlaqda gedən ərimə prosesinin intensivliyindən xəbər verir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi