Tullantılardan istənilən növ kəsiçi alət düzəldir - VİDEO






Göyçayda yaşayan 59 yaşlı Əkbər Mehdiyev bir neçə ildir ki, tullantılardan yeni əşyalar düzəldir.

Xezerxeber.az-ın məlumatına görə, o, bu işə təsadüfən başladığını bildirir.

Ustanın sözlərinə görə, daha çox sifariş əsasında əşyaları düzəldir. İstənilən növ kəsiçi alətləri asanlıqla düzəldə bilir.


Lazım olan bütün ləvazimatları isə dost-tanışları yığıb ona verir.


1-2 günə ərsəyə gələn əşyalar isə 3-7 manat arasında satılır.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: