Türk ordusu 4 şəhid verib

Hücum ölkənin Hakkari şəhərində həyata keçirilib



PKK üzvləri ilə toqquşmada Türkiyə ordusunun 4 əsgəri şəhid olub. ANS PRESS-in məlumatına görə, əsgərlərə hücum ölkənin Hakkari şəhərinin Şemdinli qəsəbəsində təşkil edilib. Həmçinin hücum nəticəsində 6 əsgər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
PKK-nın hücumu zamanı kustar üsullarla hazırlanmış partlayıcı maddələrdən istifadə ediblər. Partlayıcılar yola əvvəlcədən düzülüb.
Şəhid sayının artacağı ehtimal edilir. Ordu genişmiqyaslı əməliyyatlara başlayıb.
Hücumun PKK terror təşkilatı tərəfindən törədildiyi bildirilir. Eyni zamanda Mardin şəhərinin Nusaybin qəsəbəsində PKK-nın təşkil etdiyi hücum nəticəsində 5 əsgər yaralanıb. Türkiyə ordusu mayın 13-də həyata keçirdiyi antiterror əməliyyatı zamanı 8 şəhid verib.

Terrorçularla toqquşma Hakkarinin Çukurca rayonunda baş verib. Səhərə yaxın baş verən toqquşma zamanı 6 əsgər şəhid olub, 8 nəfər yaralanıb. Köməyə gedən helikopter isə qəzaya uğrayıb. Helikopterdə olan iki hərbçi də şəhid olub.