Türkiyə çarə axtarır: İftardan sonra qar yeyərək sərinləyirlər

Adanada az qala 50 dərəcə isti havalarda sərinləmək istəyən vətəndaşlar, iftar əvvəli Demirkazık dağlarından gətirilən qar almaq üçün uzun növbələr yarandı.
Şimal Afrikadan gələn isti hava dalğası Adanada da təsirli olub. Termometrlərin 50 dərəcəni göstərdiyi şəhərdə vətəndaşlar sərinləmək üçün çarə axtarır. Vətəndaşların tapdığı sərinləmə üsullarından biri də Demirkazık dağlarından gətirilən qarı satın alıb yemək olub. Ramazan ayı səbəbiylə vətəndaşlar iftar əvvəl qarın satıldığı yerə gələrək uzun növbələr yaradıb. Oruc tutmalarına baxmayaraq saatlarla növbədə gözləyən vətəndaşlar, qəlibini 1 lirəyə aldığı qarı evə aparıb yeyərək sərinləyir.
Növbədə gözləyən vətəndaşlar, qarı almaq üçün sıraya girdiklərini, iftardan sonra yeyərək sərinlədiklərini söylədilər. Vətəndaşlar, "Bu qar bizə çatmır. Qarın daha böyük bir maşınla gətirilməsi lazımdır. Adananın istisində qar yeyərək sərinləyirik. 2 saatdır qar almaq üçün növbədə gözləyirəm" deyirlər.