Türkiyə NATO üçün çox önəmlidir
07:40 03.11.2018
Arxiv
737
ABŞ tərəfindən verilən bəyanatlar sadəcə Ankaraya təzyiq xarakterlidir
Ərdoğan Qərb institutlarına doğru daha böyük istiqamət götürməlidir”. Ekspertlərə görə, dövlət katibi Pompeonun ifadələrində Ankara hökumətinə həm çağırış, həm də bir mesaj var. Şübhəsiz ki, Türkiyə rəhbərliyi NATO-nun önəmini, eyni zamanda alyans da Türkiyənin əhəmiyyətini anlayır. Lakin hesab edilir ki, indiki məqamda Türkiyənin Rusiya və İranla daha sıx əməkdaşlığı Qərb ölkələrini hiddətləndirə bilər. Amma istənilən halda Türkiyənin NATO-dan imtina edəcəyi və ya Amerikanın müttəfiqi Ankaradan vaz keçəcəyi inandırıcı görünmür.
Dövlət katibinin açıqlamasını "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan Türkiyənin NATO üçün çox faydalı işlər gördüyünü deyib. Ekspertin sözlərinə görə, hazırda hərbi alyansın sərhədi Türkiyənin sayəsində Yaxın və Orta Şərqədək uzanıb:
"Türkiyəni siyasi-hərbi təşkilatdan uzaqlaşdırmaq bir çox üstünlüklərdən məhrum olmaq deməkdir. Türkiyənin İran və Rusiya ilə yaxınlaşması Qərbin ciddi maraqlarına toxunmur. Rəsmi Ankara bu dövlətlərlə münasibətləri inkişaf etdirməklə beynəlxalq hüququ və baza normalarını pozmur. Avropa dövlətləri Rusiya ilə əməkdaşlığı davam etdirirlər. Böyük Britaniya, Fransa və Almaniya 2015-ci il iyulun 15-də İranın atom proqramına dair "Əhatəli Razılaşma Planı”na imza atıblar. Bundan başqa həmin dövlətlər Tehrana münasibətdə ABŞ-la mövqelərini hələ də uzlaşdıra bilməyiblər. Bu baxımdan Pompeonun çıxışları Türkiyəyə təzyiq vasitəsinin elementidir. Lakin bunun daha da dərinləşərək böhran həddinə çatacağı ehtimalı çox azdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət