"Türkiyə ordusu Afrinin mərkəzində sürətli əməliyyatlar aparacaq"




"Türkiyə ordusu bir neçə gün sonra Afrini bütövlükdə mühasirəyə alacaq". 

"Sherg.az" "lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Böyük Millət Məclisində deputatlar qarşısında çıxışı zamanı  bildirib. 

O qeyd edib ki, bir ay ərzində Afrinin xeyli hissəsi YPG və PYD-dən təmizlənib. Bir neçə gün sonra Afrinin mərkəzində çox sürətli əməliyyatlara başlanılacaq". 

Tərcümə etdi: Ayyət Əhməd