Bununla qardaş ölkə həm bölgədə nüfuzunu saxlayacaq, həm də təhlükəsizliyini artıracaq
Türkiyə Qara dənizə nəzarət etmək istəyir
08:35 13.12.2018
Arxiv
625
Rəsmi Ankaranın yeni hərbi-dəniz bazası yaratmaq qərarı düzgündür
Bununla qardaş ölkə həm bölgədə nüfuzunu saxlayacaq, həm də təhlükəsizliyini artıracaq
Bununla qardaş ölkə həm bölgədə nüfuzunu saxlayacaq, həm də təhlükəsizliyini artıracaq
Türkiyə Qara dənizin şərq sahillərində yeni hərbi-dəniz bazası yaradılması üzrə işlərə başlayıb. "Milliyət”in yazdığına görə, yeni hərbi obyekt Trabzon şəhərindən 40 km məsafədə olan Sürmene yaşayış məntəqəsi ərazisində yerləşəcək. Hərbi bazada 400 hərbi qulluqçunun xidmət çəkəcəyi, eləcə də 200 mülki işçinin çalışacağı gözlənilir. Qəzetdə bildirilib ki, rəsmi Ankara bu addımı Kerç boğazındakı hadisədən sonra ABŞ-ın hərbi gəmilərini Qara dənizə göndərmək niyyətində olması ilə bağlı xəbərlər fonunda atıb. Türkiyənin bu addımı regionda öz təhlükəsizliyini qorumaq cəhdi kimi dəyərləndirilir. Hazırda Türkiyənin dörd dənizdə 8 hərbi-dəniz bazası var.
Qara dəniz ətrafında cərəyan edən prosesləri "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Qara dəniz bölgəsi Türkiyənin təhlükəsizlik sistemində zəncirin əsas halqasıdır. Ümumilikdə, Türkiyə NATO üzvü, ABŞ və Avropa İttifaqının regionda reallaşdırdığı yanacaq ehtiyatlarının istehsalı və onların nəqli layihələrində əsas tərəfdaş kimi çıxış edir:
"Türkiyə aralarında müəyyən problemlərin mövcudluğuna, regional rəqabət reallıqlarına baxmayaraq, Rusiya ilə də geniş iqtisadi əlaqələrə malikdir. Türkiyənin regionda başlıca maraqları regional güc kimi nüfuzunu saxlamaq, Qara dənizə nəzarət etməkdir. Həmçinin, Xəzər hövzəsində hasil olunan təbii yanacağın onun ərazisindən keçməklə nəqlində mövqelərini qorumaqdır. Asiya və Avropanı birləşdirəcək nəqliyyat layihələrinə də Türkiyə böyük maraq göstərir. Ona görə də təhlükəsizlik baxımından Qara dəniz hövzəsindəki hərbi mövcudluğunu inkişaf etdirir. Regionda hərbi potensialına görə ikinci dövlət sayılan Türkiyə Qara dəniz bölgəsində üç səhra qoşununa, iki aviasiya komandanlığına, "Şimal” operativ qrupuna malikdir. Rusiyanın Abxaziya və Cənubi Osetiyada hərbi cəhətdən genişlənməsinə cavab olaraq Türkiyə Qara dənizin cənub sahillərində HDQ-lərinə məxsus bölmələrini gücləndirməyi planlaşdırır. Hərbi gücün inkişaf etdirilməsi ilə yanaşı, Türkiyə ötən əsrin 90-cı illərindən bir sıra regional əməkdaşlıq təşkilatlarının əsas təşəbbüsçüsü kimi də çıxış edir. Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla sıx əlaqələrə malik Türkiyə bu iki dövlət arasında əməkdaşlığın inkişafını stimullaşdırır. Son zamanlar rusiyalı ekspertlər Abxaziyada Türkiyənin iqtisadi nüfuzunun güclənməsini narahatlıqla qeyd edirlər”.
Ekspertin sözlərinə görə, əsrlərlə qatı düşmən olan Türkiyə və Rusiyanı bu gün qarşılıqlı maraqlar birləşdirir. Bunlar hər zaman genişlənən ticarət, Qafqazda sabitlik və enerji məsələləridir:
"Türkiyənin azacıq enerji resursu var və öz qazının üçdə ikisini Rusiyanın hesabına təmin edir. Bunun üçün geosiyasi vəziyyətindən istifadə edərək enerji mərkəzinə çevrilmək istəyir. Yəni Avropanı təmin edəcək qaz və neft üçün qapı rolunu oynamağa çalışır. Bu isə Rusiyadan asılı olmaq istəməyən Avropa üçün cəlbedicidir. Avropanın "Nabukko” layihəsi qazı Mərkəzi Asiyadan Türkiyə vasitəsilə öz bazarlarına daşımağı nəzərdə tutur. Amma Rusiya "Nabukko”ya rəqib olan "Cənubi Axın” kəmərini dəstəkləyir. Bu kəmər Ukraynadan yan keçərək Qara Dənizin altı ilə Avropaya qaz daşıyacaq. Rusiya Türkiyəni də bu layihəyə cəlb etmək niyyətindədir. Moskva həm də Qara Dənizdən Aralıq dənizindəki Ceyhan limanına neft daşıyan kəmərin tikintisinə sponsorluq edir. Bir sözlə, Türkiyə əsas oyunçuya çevrilir və Qara dənizin şərq sahillərində yeni hərbi-dəniz bazası yaradılması da bu strategiyanın tərkib hissəsidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm