"Hər üç ölkənin milli valyutasına təzyiqlər var, dollar möhkəmlənir. İndiki məqamda bu şəkildə regional razılaşmaların dolların məzənnəsinə təsir imkanları xeyli məhduddur. Gələcəkdə regionda milli valyuta ilə ticari əməliyyatların aparılması ənənəsi formalaşa bilər. Hələlik isə, dünya üzrə yığımların 62 faizi dollardır, strateji məhsullar bu valyuta ilə satılır.
“Türkiyə, Rusiya və İran dolları sıradan çıxara bilməyəcək" - EKSPERT
10:24 11.09.2018
Arxiv
968
"Türkiyə, Rusiya və İran ayrı-ayrılıqda dəfələrlə cəhd edib, xarici ticarətin milli valyuta ilə aparılmasına çalışıblar. Lakin bu səylər heç bir nəticə verməyib”.
Bunu "Sherg.az”a üç ölkənin dollarsız ticarətlə bağlı müzakirələr aparmasından danışarkən iqtisadçı - ekspert Vüqar Bayramov söyləyib.
Onun fikrincə, milli valyuta ilə əməliyyatların aparılması razılaşdırılsa belə dollar ucuzlaşmayacaq:
"Hər üç ölkənin milli valyutasına təzyiqlər var, dollar möhkəmlənir. İndiki məqamda bu şəkildə regional razılaşmaların dolların məzənnəsinə təsir imkanları xeyli məhduddur. Gələcəkdə regionda milli valyuta ilə ticari əməliyyatların aparılması ənənəsi formalaşa bilər. Hələlik isə, dünya üzrə yığımların 62 faizi dollardır, strateji məhsullar bu valyuta ilə satılır.İran və Rusiya, o cümlədən Türkiyə ticarət əlaqələrində milli valyutanın məzənnəsini müəyyən edərkən belə, çarpaz valyutalardan istifadə edəcəklər. Bütün hallarda valyutalar dollara mübadilə olunmalıdır. Ona görə, dolların bu kontekstdən sıradan çıxarılması mümkün deyil. Dolların məzənnəsinin regional valyutalara nisbətən ucuzlaşması gözlənilən deyil”.
Qeyd edək ki, Türkiyə, Rusiya və İran milli pul vahidləri ilə ticarətin aparılması mövzusunda razılaşıb. İranın Mərkəzi Bankının sədri Əbdülnəsir Himmətin sözlərinə görə, yaxın gələcəkdə Türkiyə və Rusiyanın mərkəz banklarının rəhbərləri ilə bir araya gələcək, razılaşdırılmış məsələlərin sürətli şəkildə icrasına keçməyi müzakirə edəcəklər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət