Türkiyə səfiri: "Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır”
10:53 26.07.2016
Arxiv
471
"Ermənistanla münasibətlərin normallaşmasına dair Türkiyənin mövqeyi bəllidir. Münasibətlərin normallaşmasının yolu Azərbaycan torpaqlarının işğalına son qoyulmasından keçir. Ondan sonra bunun hansı formada olacağına Azərbaycanla birlikdə qərar verərik”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun "Hürriyet” qəzetinin yazarı Fatih Çekirgenin "Ermənistanla yeni müzakirə” başlıqlı məqaləsində yer alan fikirləri APA-ya şərh edərkən deyib. Səfir bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 15-də Bakıda Elmar Məmmədyarovla ikitərəfli, beynəlxalq məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri də müzakirə edib: "Mövlud Çavuşoğlu bir daha vurğuladı ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün nə qədər önəmlidirsə, Türkiyə üçün o qədər önəmlidir. Türkiyə problemin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində dərhal sülh yolu ilə həllində Azərbaycanla birlikdə hərəkət etməyə davam edəcək. Nazirimiz dedi ki, Azərbaycan hansı həll yolunu məqbul hesab edirsə, həmin həll yol Türkiyə üçün də məqbuldur. Ermənistanla münasibətlərə gəlincə, nazirin bununla bağlı qəti fikir bildirdiyini düşünmürəm. Azərbaycan tərəfi hər zaman bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla bölgədəki bütün əməkdaşlıq fəaliyyətlərindən özünü təcrid edir. Bu işğal sona çatdıqdan, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edildikdən sonra bölgədə Ermənistanın da daxil olacağı yeni layihələrə zəmin yarana bilər. Nazirimiz də sadəcə Azərbaycanın vurğuladığı bu konstruktiv düşüncəni təkrarlayıb”.
İsmayıl Alper Coşkun 15 iyul - hərbi çevrilişə cəhddən sonra hazırlanan və Türkiyənin bütün telekanallarında yayımlanan reklam çarxında səslənən "ne mutlu ermeniyim diyene” ifadəsi ilə bağlı məqama da aydınlıq gətirib: "Siz haqlı olaraq, ermənilərlə bağlı hissəyə diqqət yetirirsiniz. Azərbaycan xalqı bunu bilsin ki, Ermənistanın işğalçılıq siyasəti sizi nə qədər üzür, qəzəbinizə səbəb olursa, o qədər də Türkiyəyə təsir edir. Bu, siyasi bir seçim, məcburiyyət deyil. İçimizdən gələn bir hissdir. Türkiyə ictimaiyyəti və dövlət rəhbərliyi eyni hissi keçirir. Ancaq unutmamaq lazımdır ki, hazırda Türkiyə sıxıntılı günlər yaşayır. Siz məsələyə təbii olaraq, Azərbaycanın nöqteyi-nəzərindən baxırsınız. Amma orda "sünni, şiə, kürd, erməni də olsan” deyilir. Yəni, Türkiyə Cümhuriyyətinin hərbi çevriliş cəhdi qarşısında 80 milyon insanın qurtuluş savaşında olduğu kimi bir araya gəldiyini diqqətə çatdırırlar. Kampaniyanı müdafiə etmək kimi bir öhdəliyim yoxdur. Rəsmi kampaniya da deyil. Nazirimizin sözlərinə istinadən Fatih Çekirgenin yazdığı məqalə və bu kampaniyanın ikisini birlikdə dəyərləndirmənizi anlayışla qarşılayıram. Amma bunların bir-biri ilə birbaşa əlaqəsi yoxdur. Nazirimizin bölgənin inkişafı ilə dedikləri xoşməramlı gözləntidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm