Türkiyə sərhəddə 239 kilometrlik sədd çəkdi





Türkiyənin təhlükəsizliyini gücləndirmək üçün Suriya ilə sərhəddə 239 kilometr uzunluğunda sədd çəkilib.
Axar.az xəbər verir ki, Hatay vilayətində tikilən səddin hündürlüyü 3, eni isə 2 metrdir.
Suriya ilə həmsərhəd olan digər vilayətlərdə də yeni sədlərin tikintisi gözlənilir.
Xatırladaq ki, müvafiq qərar terrorizmlə mübarizənin gücləndirilməsi çərçivəsində qəbul olunub.