Türkiyə universitetində xərçəng epidemiyası…

12 tibb işçisinin birdən-birə bu xəstəliyə yoluxması söz-söhbətə səbəb olub
Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Universitetininin tibb fakultəsi xəstəxanasının Radiologiya bölməsində işləyən 12 rentgen mütəxəsisi qalxanabənzər vəzin xərçəngi xəstəliyinə tutulub. ANS PRESS-in məlumatına görə, 12 tibb işçisinin birdən-birə bu xəstəliyə yoluxması söz-söhbətə səbəb olub. Türkiyə Əmək və Sosial Təhlükəsizlik Nazirliyi iş şəraitində vacib təhlükəsizlik tədbirlərinin görülmədiyi iddiası ilə bağlı araşdırmalara başlayıb. Nazirlikdən 12 tibbişçisinin hər birinin artıq xəstəxanaya yatırıldığı və onlara qalxanabənzər vəzin xərçəngi diaqnozu qoyulduğu bildirilib.
"Radiologiyada doza miqdarına nəzarət edilmədiyi halda onların bu xəstəliyə yoluxması mümkündür. 12 işçinin xərçəngə yoluxması buna bariz nümunədir. Lakin məsələ ilə bağlı heç bir addım atılmayıb. Quruma müfəttiş göndəriləcək və yoxlamalara başlanılacaq. Lazım olan bütün tədbirlər həyata keçiriləcək",- deyə nazirlikdən bildirilib.