Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

Tərəflər Suriya məsələsini daha sıx şəkildə əlaqələndirmək barədə razılaşıblar



Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Pezidentlər ikitərəfli münasibətlər, təhlükəsizlik, terror və Suriya böhranı ilə bağlı son vəziyyəti müzakirə ediblər. Türkiyənin dövlət başçısı PKK, PYD və YPG terror təşkilatları ilə bağlı narahatlığını Prezident Donald Trampın diqqətinə çatdırıb.
Tərəflər Suriya məsələsini daha sıx şəkildə əlaqələndirmək barədə razılaşıblar.