Türkiyə və İsrail arasında yeni qalmaqal: Bunu qəbul edə bilmərik
19:19 19.07.2018
Arxiv
960
Yeni qanun İsraili "Yəhudi xalqının milli evi", yəhudiləri isə bu evin daxilində milli müqəddəratını təyinetmə hüququ olan xalq elan edir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri İbrahim Kalın İsrail Knessetində qəbul edilən "Yəhudi Milli Dövləti" qanunu sərt şəkildə tənqid edib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Türkiyə rəsmisi qeyd edib ki, ölkəsi İsrail parlamentində qəbul olunan bu qərarı ən sərt şəkildə qınayır: "Fələstin xalqını öz ana vətənlərindən silməni ifadə edən bu irqçi qanunun qəbul edilməsi tamamilə qəbuledilməzdir".
Qeyd edək ki, İsrail parlamenti ölkənin "Yəhudi xarakteri haqqında" Konstitusiya qanunu qəbul edib. Qəbul olunan qanun layihəsi ölkədə yaşayan ərəblərin etirazına səbəb olub.
Yeni qanun İsraili "Yəhudi xalqının milli evi", yəhudiləri isə bu evin daxilində milli müqəddəratını təyinetmə hüququ olan xalq elan edir. Qanun layihəsi dövlət dili kimi yalnız ivrit dilinin olmasını nəzərdə tutur. İndiyə qədər onunla eyni statusda olan ərəb dilinə isə "xüsusi status" verilir.
"Bu, sionizm və İsrail tarixində həlledici məqamdır. Biz öz mövcudluğumuzun baza prinsipini qanun halına salırıq. İsrail bütün vətəndaşlarının individual hüquqlarına hörmət edən yəhudi xalqının milli dövlətidir. Bütün Yaxın Şərqdə yalnız İsrail bu hüquqlara hörmət edir" — deyə baş nazir Benyamin Netanyahu bildirib.
Qanun layihəsi İsrail Knessetində olan 120 deputatdan 62-nin dəstəyini alıb, 55 nəfər isə əleyhinə səs verib. İki deputat fikir bildirməkdən imtina edib. Səsvermə zamanı İsrail parlamentində qalmaqal da yaşanıb. Belə ki, hakim koalisiya səsvermə zamanı qanunu alqışlayıb, ərəb deputatlar isə nümayişkaranə şəkildə sənədi cırıblar.
Hazırda İsrail əhalisinin sayı 8 milyondur. Onun 20%-ni ərəblər təşkil edir. Ərəblər çoxluq təşkil edən yəhudilər kimi hüquqlara malik olsalar da, faktiki diskriminasiyadan şikayətlənirlər.
"Biz ölkənin ərəb sakinləri Netanyahu və onun əlaltılarının qəbul etdikləri irqçi qanunlarla mübarizə aparırıq. Biz Netanyahunun burnunun dibində, onun qəzəbindən qorxmayaraq öz ölkəmizdə yaşayıb, inkişaf edəcəyik" — deyə Knessetin Birləşmiş Ərəb siyahısından olan deputatı Səid əl-Harumi bildirib.
Ərəblərlə yanaşı, qanun layihəsinin əleyhinə mərkəzçi və solçu sionist partiyalar da səs veriblər. Yeni qanun layihəsində İsrailin gerbi, himni, bayrağı və bayramları yer alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət