Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb

Tükiyədə son sutka ərzində koronavirusdan ölənlərin sayı 43 nəfər olub.

“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, iyulun 14-də ölkə üzrə verilmiş 238 867 COVID-19 testindən 6907-nin cavabı müsbət çıxıb.

Həmçinin, son 24 saat ərzində Türkiyədə 5063 nəfər virusdan sağalıb.