Türkiyədə minalanmış avtomobil partladıldı: 3 ölü, 9 yaralı





Türkiyənin Mardin vilayətində PKK terrorçuları jandarm bölməsinə hücum ediblər.
APA-nın xəbərinə görə, Midyat rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 1 əsgər və 2 kənd mühafizəçisi ölüb, 9 nəfər yaralanıb. Əraziyə çox sayda polis və təcili yardım cəlb edilib. Terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.