Türkiyədə pitbul məktəblilərə hücum etdi - Xəsarət alanlar var




Türkiyənin Çorum vilayətində pitbulteryer cinsli it məktəblilərə hücum edib.

Trend-in məlumatına görə, hücum nəticəsində 5 məktəbli xəsarət alıb.

Onlardan iki nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qeyd olunur ki, məktəblilərə hücum edən pitbul sığınacağa yerləşdirilib.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.