Türkiyədə yenidən çevriliş olmayacaq
19:05 25.07.2016
Arxiv
602
“Gülənçilərin çevriliş edəcək qədər gücləri qalmayıb”
"Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu Türkiyədə növbəti çevrilişə cəhd ehtimalı barədə danışıb. Ekspert "Şərq”ə söyləyib ki, bu ehtimal çox da yüksək deyil:
"Ordudan xeyli hərbçi neytrallaşdırıldı. Amma mən başqa bir məsələdən ehtiyatlanıram. Əgər gülənçilərdən bir neçəsi təmizləmə prosesindən kənarda qalıbsa, Türkiyədə rəsmi şəxslərə qarşı sui-qəsd hadisələri ola bilər. Çünki Gülənin şəbəkəsi xeyli zəifləsə də, gücü yenə də qalmaqdadır. İkili görüşlər təşkil olunursa, onlar yenə də müəyyən hücumlar təşkil edə bilərlər. Düzdü, gülənçilərin çevriliş edəcək qədər gücləri qalmayıb. Amma hər halda hansısa bir mərhələdə rəsmi şəxslərə qarşı sui-qəsd etmək ehtimalları qalır. Çünki bu şəbəkənin terrorçu təşkilatdan elə də bir fərqi yoxdur. Çevrilişə cəhd nəticəsində 300 insan qətlə yetirildisə, sui-qəsd də törədə bilərlər. Bu səbəbdən sui-qəsddən bir qədər ehtiyatlanıram”.
Türkiyədəki hərbi çevrilişə cəhddə ABŞ Silahlı Qüvvələrinin generalı Con F.Kempbellin də iştirak edib iddiasına gəlincə, ekspert bəyan edib ki, bu işlərdə ABŞ-ın adı ona görə çox çəkilir ki, şəbəkənin başçısı Fətullah Gülən Amerikada yaşayır: "Belə ehtimallar dolaşır ki, F.Gülənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə sıx əlaqəsi var. Ona görə də hesab edirlər ki, ABŞ-da yaşayan şəbəkə rəhbəri çevrilişə razılıq veribsə, deməli MKİ-dən icazə alıb. Amma Amerikanın belə böyük ölçüdə çevrilişin arxasında dayandığına inanmıram. Çünki məlum cəhd çox uğursuz oldu. Bütöv ordu çevrilişə dəstək vermədi. Xalq etiraz etdi. Polis müqavimət göstərdi. Hərbi qiyama cəhddə Amerikanın "əli” olsaydı, bütün bu detallar nəzərə alınardı. Amerikanın belə uğursuz çevriliş planı hazılamasına inanmıram. Amma yenə də Amerikadan şübhələr azalmayacaq. Çünki şəbəkə rəhbəri Amerikadadır. İkincisi də, ABŞ həmin şəbəkə rəhbərini Türkiyəyə geri qaytarmaq istəmir. Bunlar olduğuna görə, çevrilişdə Amerikanın "əli”nin olmasına dair söz-söhbətlər azalmayacaq”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə