Türkiyəli aktyor azadlığa çıxdı - Foto

Ən son "Vatanım sensin"in "Dağıstanlı"sı olarak izləyici qarşısına çıxan aktyor Ufuk Bayraktar artıq azadlıqdadır.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarışdığı davada atasından yadigar qalan sənədsiz silahdan istifadə etdiyi üçün həbs edilmişdi.
6 ay 17 gün sonra Bayraktar bu gün həbsxanadan çıxıb. Aktyor açıqlamasında bu sözləri deyib:
"Həbsxana universitet kimidir. Allah bir daha girməyi nəsib etməsin".