Türkiyənin Qarabağla bağlı mövqeyi dəyişməzdir: Rəsmi Ankara hər zaman Azərbaycanın yanındadır
14:09 31.08.2018
Arxiv
400
"Hazırda dünyada ölkələr arasında etimadsızlıq güclüdür. Bu reallıqda "dövlətlərarası münasibətlər necə olmalıdır?” sualına ən düzgün cavab məhz Azərbaycan-Türkiyə dostluq modelidir. Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter daşıyır”.
Bunu "sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib. Deputatın sözlərinə görə, iki ölkə arasındakı əbədi dostluq bərabər hüquqa, bir-birinə hörmət, etimad və daxili işlərinə qarışmamaq prinsiplərinə söykənir:
"Əsrlərlə davam edən dostluq münasibətləri eyni tarixi-milli kökə, dilə və qədim mədəniyyətə dayanır. Hər iki dövlətin fundamental məsələlərdə ortaq mövqedən çıxış etməsi dəfələrlə baş verib. Tarix boyu iki qardaş ölkənin münasibətləri dinamik inkişaf xüsusiyyətlərinə malik olub. Hazırda Azərbaycanda 2500-ə yaxın Türkiyəyə məxsus şirkət fəaliyyət göstərir. Həmin şirkətlər kənd təsərrüfatı, xidmət sahəsi, sənaye, ticarət, tikinti və digər sahələr üzrə genişmiqyaslı iş görürlər. Azərbaycanın da Türkiyədə 1500-yə yaxın şirkəti var. Son 6 ayın yekunlarına nəzər salsaq, görərik ki, Azərbaycanın Türkiyəyə ixracatı 652 milyon dollar təşkil edib, idxalı isə 761 milyon dollara bərabər olub. İkitərəfli ticarət dövriyyəsinin səviyyəsi 1.4 milyard dollar həcmindədir”.
Professor iki dövlət arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib:
"Bilirsiz ki, Azərbaycan torpaqları işğal altındadır. Türkiyənin bu məsələdə mövqeyi dəyişməzdir. Ankara hökuməti münaqişəinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Türkiyə dövləti fərqindədir ki, Azərbaycan torpaqları işğaldan azad edilənə qədər rəsmi Bakı ilə hərbi əməkdaşlığı gücləndirmək lazımdır. Ölkəmizin silah-sursat aldığı dövlətlər arasında qardaş Türkiyənin özünəməxsus yeri var. Azərbaycan-Türkiyə hərbi qulluqçularının mütəmadi təlimlər keçirməsi də hərbi müttəfiqliyin təzahürüdür. Türkiyə NATO ölkəsidir və ordusunun say tərkibinə görə, yalnız ABŞ-dan geri qalır”.
Qeyd edək ki, avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycana səfər edib. Qardaş ölkə rəsmisi Azərbaycanla Türkiyə arasındakı yaxın münasibətlərə, dost və qardaş əlaqələrə diqqət çəkərək, hər iki ölkənin ortaq taleyi paylaşdığını bildirib. Binəli Yıldırım iki dövlət arasında bundan sonra da siyasi, iqtisadi və hərbi münasibətlərin gücləndiriləcəyini bildirib.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət