Türkiyəyə referenduma görə təzyiq edilir
20:54 09.03.2017
Arxiv
468
Avropa ölkələri istəyir ki, xaricdəki türk vətəndaşları AKP əleyhinə səs versin
Almaniya ilə Türkiyə arasında münasibətlər yenidən gərginləşib. Səbəbi isə odur ki, alman hökuməti ölkəsindəki türk seçicilərə yönəlik kampaniya həyata keçirmək istəyən AKP-li nazirlər Bəkir Bozdağ və Nihat Zeybekcinin səfərlərinə icazə verməyib. O cümlədən xarici işlər naziri Mövlud Çavuşoğlunun mitinqinə də maneçilik törədilib. Almaniyanın referendum kampaniyası ilə bağlı tutduğu mövqe rəsmi Ankara tərəfindən sərt etirazlarla qarşılanıb.
Almaniya səfiri Martin Erdmann məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb. XİN nümayəndəsi Kamal Bozay tərəfindən qəbul edilən Erdmanna vəziyyətlə bağlı yaranan narahatlıq çatdırılıb və etiraz notası təqdim edilib. Türkiyə rəsmiləri də Almaniyanın nazirlərin mitinqinə qadağa qoymasını qəzəblə qarşılayıb. Prezident Rəcəb Tayyib Ərdoğan bu cür addımların nasist Almaniyasının təcrübəsindən fərqlənmədiyini deyib. Mövlud Çavuşoğlu isə bəyan edib ki, Almaniya hökuməti iki ölkənin dost olub-olmadığını müəyyənləşdirməlidir. Xatırladaq ki, FETÖ üzvlərinin bir qrupuna sığınacaq verən Almaniya dövləti Ankaranın israrlı tələblərinə baxmayaraq, onları geri təhvil verməkdən də imtina edib. Məhz bu səbəbdən iki ölkə arasında diplomatik böhran yaşanırdı. Sonuncu hadisələr isə vəziyyəti daha da dramatikləşdirib.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Natiq Miri bildirib ki, Qərb dünyası, xüsusən Avropa ölkələri Türkiyədə aprel referendumunun və sistem dəyişikliyinin qarşısını almaq istəyirlər:
"Türkiyəyə qarşı təzyiqlər aprel ayına, referenduma qədər davam edəcək. Avropada, xüsusən Almaniyada milyonlarla türk yaşayır və onların əksəriyyəti Türkiyədə keçirilən seçkilərdə iştirak edirlər. Avropa ölkələrinin məqsədi xaricdəki türk vətəndaşların AKP-nin lehinə səs verməsinin, yəni referendumda "hə” deməsinin qarşısını almaqdır. Yəni bir növ siyasi hakimiyyətlə insanların təmasını məhdudlaşdırmaq istəyirlər. Əslində bu, çox cılız siyasətdir. Türkiyə əhalisinin böyük əksəriyyəti sistem dəyişikliyi ilə bağlı qərarını çoxdan verib. Avropa türklərinin səsvermədə iştirakı müəyyən qədər referenduma təsir etsə də, həlledici rol oynamayacaq. Türkiyə məsələnin birbaşa üzərinə getməklə Almaniyanın, ümumilikdə Avropanın iç üzünü dünyaya göstərmək istəyir. Çünki Qərbin yanaşması demokratik prinsiplərə və insan hüquqlarına tamamilə ziddir, ikili standartdır. Avropa ölkələri istədiklərini etsələr də, niyyətləri baş tutmayacaq. Əksinə, Qərb dünyası tərəfindən atılan hər bir addım onların özlərini ifşa edəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Corabla yatırsınızsa... Bu vərdişiniz haqqınızda nə deyir?
12:43 01.10.2026
Sağlamlıq
Uzun müddət oturmaq infarkt riskini artırır
11:51 01.10.2026
Sağlamlıq
Prezident İlham Əliyev Çin liderini təbrik edib
11:33 01.10.2026
Gündəm
SEPAH: İranda 6 terrorçu öldürülüb
11:28 01.10.2026
Gündəm
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
11:23 01.10.2026
Dünya
20 ildən sonra ARB-dən çıxarılır
11:19 01.10.2026
Media
İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
11:17 01.10.2026
Dünya
Tiktok Azərbaycanda vergi uçotuna alındı
11:15 01.10.2026
Aktual
Oktyabrın 2-də işıq kəsiləcək - Bu ərazilərdə
11:14 01.10.2026
İnfrastruktur
Fərhad Məmmədov: AQEM beynəlxalq təşkilata çevrilə bilər
11:13 01.10.2026
Gündəm
NATO baş katibi Rusiyanın nüvə təhdidinə bir cümlə ilə cavab verdi
11:05 01.10.2026
Gündəm
Türkiyədə böhran: Ərdoğan hökumətdə dəyişikliyə gedir
10:38 01.10.2026
Gündəm
Polşa onu Azərbaycana təhvil verdi
10:35 01.10.2026
Cəmiyyət
Hamı səfərbər oldu: 4 yaşlı Kürşat üçün kənd yolu asfaltlandı
10:30 01.10.2026
Maraqlı