Üç əsri görüb...

116 il yaşamasının sirrini açıqladıHər gün iki çiy yumurta yeyir və təxminən 80 ildir subaydır
116 il 311 gün yaşayan ABŞ-lı Susannah Mushatt Jonesin 12 mayda həyatını itirməsiylə "dünyanın ən yaşlı insanı” adını götürən İtalyan Emma Morano, uzunömürlüyün sirrini baxın nəyə bağlayır?.
29 noyabr 1899-cu ildə doğulan Morano, dünyada 19-cu əsrdə doğulub, hələ də həyatda yaşayan tək adamdır. Üç əsr görən, dünya müharibəsinə, ölkəsinin monarxiyadan respublikaya keçişinə şahidlik edən Morano hələ də İtalyanın şimalında, İsveçrə sərhədi yaxınlığındakı Verbania qəsəbəsində yaşayır. Özündən bir neçə ay böyük ABŞ-lı Jonesin həyatını itirməsi üzərinə rəsmi olaraq dünyanın ən yaşlı insanı elan edildikdən sonra Moranonun Verbaniadakı evinin önü jurnalistlərlə doldu. Eşitmə çətinliyi çəkən Morano jurnalistlərə danışmasa da yaxınları yaşlı qadının necə yaşadığını və dünyanın ən yaşlı insanı olduğunu öyrənincə necə reaksiya verdiyinə diqqət çəkirlər.
Yaxınlarının İtalya və dünya mətbuatına verdiyi məlumata görə, Emma Morano, dünyanın ən yaşlı adamı olduğunu öyrənincə məmnuniyyətlə, "Aman Tanrım, dağlar qədər yaşlıyam” deyib.
Keçən il "New York Times” qəzetinə danışaraq uzun həyatının sirrini hər gün çiy yumurta yeməsinə və təxminən 80 ildir subay olmasına bağlayan Morano, hələ də bu diyetini davam etdirir. 74 yaşlı bacısı qızı Maria Antonietta, "Ona hər səhər kəndlilərdən təzə yumurta alıb gətirirəm. Yumurtaları çiy yeyir, yalnız sarısını əlbəttə” deyir. İki çiy yumurtanın yanında 100 qram qədər çiy ət də istehlak edən Morano ümumiyyətlə günorta yuxusundan sonra ballı çörək, axşam yeməyində də tərəvəz şorbası yeyir. Həkimi Carlo Bava, Moranonun çox da balanslı bir diyetlə qidalanmadığını, xəstəliyi üzündən ağır olan heyvan zülalı qəbul etdiyini söyləyir. Həkim Bava, Moranonun uzun yaşamasının ən əhəmiyyətli səbəbinin genetik faktorlar olduğunu bildirir. Necə ki, Moranonun ailəsində 100 yaşını aşmış başqa qohumları da var. Ancaq Bava, Moranonun romantik baxımdan dayanıqlı və müsbət olduğunu da vurğulayır. Moranonun, 6 aylıq oğulunu itirdiyini, onu döyən ərindən boşandığını izah edərək "Qadınların itaatkar olmasının gözlənildiyi faşist dövrdə ərini tərk etdi. Hər vaxt çox qərarlı idi” deyir. Köməkçisi Mila da 116 illik təcrübəyə sahib Moranonun ona verdiyi tövsiyələrini belə izah edir: "Mənə həmişə kişilərə qarşı diqqətli olmamı, ilk önümə çıxanla nişanlanmamamı, xoşuma getmirlərsə onları tərk etməmi söyləyərdi.”