"Atılan bütün addımlar, reallaşdırılan innovativ islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib. Son illər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik.
"...Uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır"
11:12 30.01.2019
Arxiv
683
"Prezident İlham Əliyev şəhid ailələrinin daim dövlətin diqqət mərkəzində olduğunu bir daha göstərdi”.
Bunu "Sherg.az”a açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır:
"Atılan bütün addımlar, reallaşdırılan innovativ islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib. Son illər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik. Şəhid ailələrinə diqqət və qayğı isə dövlət başçımızın xüsusi olaraq nəzarətindədir. Elə bunun nəticəsidir ki, indiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, 2018-ci ildə isə 626 mənzil verilib. Bu il, həmiçinin bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzilin verilməsi planlaşdırılır”.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Prezident Sarayında şəhid ailələri ilə görüşü onlara olan diqqət və qayğının bariz nümunəsidir:
"Görüşdə çıxış edən möhtərəm Prezidentimizin bəyan etdiyi "Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim” fikirləri xalqa xidmət nümunəsinin parlaq təzahürüdür. Dövlətimizin başçısı bununla bir daha hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi, şəhid ailələri və bu kateqoriyadan olan insanların daim dövlətin diqqət mərkəzində olduğunu göstərdi. Hesab edirəm ki, bu amil xalq-iqtidar, xalq-Prezident birliyini daha da möhkəmləndirir, onu daha güclü və sarsılmaz edir”.
Qeyd edək ki, Yanvraın 28-də dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual