“Ukrayna Qarabağ münaqişəsində Azərbaycanın yanındadır”
19:38 11.07.2016
Arxiv
553
Valeriy Sokurenko: "Ümid edirik ki, münaqişə tezliklə öz həllini tapacaq və Azərbaycanın işğal altındakı torpaqları azad ediləcək”
Azərbaycanda səfərdə olan Ukrayna Daxili İşlər Nazirliyinin Xarkov Milli Daxili İşlər Universitetinin rektoru, polis polkovniki, hüquq elmləri doktoru Valeriy Sokurenko mətbuat konfransı keçirib.
Azadinform-un məlumatına görə, universitet rektoru Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, bu gün Ukrayna və Azərbaycanın ortaq problemi var. Onun sözlərinə görə, Ukrayna Xocalı faciəsi məsələsində Azərbaycanı anlayır və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın yanındadır: "Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapacaq və
Azərbaycanın işğal altındakı torpaqları azad ediləcək. Mən Azərbaycanda səfərdə olmağıma çox şadam və bildirmək istəyirəm ki, bu ölkə çox inkişaf edib”.
S.Vasilyeviç rəhbəri olduğu universitet haqqında danışaraq, universitetin 1994-cü ildə yaradıldığını və 2001-ci ildə Ukrayna prezidenti tərəfindən milli status aldığını bildirib. O qeyd edib ki, universitetdə 62 elmlər doktoru, 46 professor, 357 elmlər namizədi və 178 dosent kursant və tələbələrlə çalışır: "Burada gələcəyin müstəntiqləri, əməliyyatçıları təhsil alır. Müxtəlif poliqonlar təşkil edilir. Universitetdə ciddi nizam-intizam var, tələbələrə polkovnik və digər yüksək rütbəli hərbçilər dərs keçir”.
"Bilik, qanun və ləyaqət universitetimizin devizidir”- rektor bildirib.
Rektor əlavə edib ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə görüşəcək. O, hüquq-mühafizə sahəsində iki ölkə arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırıb: "Bu baxımdan Azərbaycanlı tələbələrin bizim universitetdə təhsil alması faydalı olardı”.
Hüquq və ictimai əlaqələr fakültəsinin dekanı, hüquq elmləri doktoru Sinequbov Oleq Vasilyeviç də universitet haqqında ətraflı məlumat verib və jurnalistlərin suallarını cavablandırıb.
Tədbirdə universitet haqqında video-rolik nümayiş etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm