Ukraynada hər gün orta hesabla 20 nəfər itkin düşür





2019-cu ilin yanvar-fevral aylarında Ukraynada 1281 nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Milli Polisinin cinayət axtarış departamentinin hesabatında qeyd olunur.

İtkin düşənlər arasında azyaşlı uşaqlar da var.

Qeyd edək ki, ötən il Ukraynada 8692 nəfər itkin düşüb.