Ukraynada prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb
17:13 31.03.2019
Arxiv
555
Ukraynada prezident seçkiləri ilə bağlı keçirilən səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının saat 15:00-a olan nəticəsinə görə, seçicilərin 45 faizdən çoxusu səsvermədə iştirak edib.
MSK prezident seçkisi ilə bağlı 30,44 milyon bülleten çap edib. Komissiya seçicilərin sayının 30 028 913 nəfər olacağını proqnozlaşdırıb.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri ilə bağlı səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb.
Səsvermə başa çatandan sonra "exit-poll”un ilkin nəticələri elan olunacaq. MSK yekun nəticələri 10 gündən gec olmayaraq açıqlamalıdır. Əgər hər hansı namizəd səslərin 50 faizindən çoxunu qazana bilməsə, ölkədə prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.
Seçki kampaniyası dövründə aparılan rəy sorğularında ikinci turun keçiriləcəyinin qaçılmaz olduğu qeyd edilir. Rəy sorğularına əsasən, ikinci tura daha çox hazırkı prezident Petro Poroşenko ilə şoumen Vladimir Zelenski şanslı sayılır.
MSK 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd olunub. Ukraynanın seçki tarixində bu, rekord göstəricidir. Ona görə də seçki bülleteni rekord uzunluqda - 80 santimetrdir.
Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı 2 minə yaxın xarici müşahidəçini qeydə alıb. Müşahidəçilər 15 beynəlxalq təşkilatı və 16 xarici dövləti təmsil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi