"Heydər Əliyevin Naxçıvan Ali Məclisin sədri seçilməsi muxtar respublikanın həmin ağır dövrdə ayaq üstə qalmasına kömək etdi. Ümummilli lider həmin dövrdə nüfuzundan istifadə edərək, əhalinin sosial, ərzaq təminatı, elektrik enerjisi ilə təzhiz edilməsi, təhlükəsizlik problemlərini həll etdi. Eyni zamanda H.Əliyev Naxçıvanın Azərbaycandan ərazi cəhətdən ayrı düşən bölgə kimi problemlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
“Ulu öndər Ali Məclisə sədr seçilməsə idi, Naxçıvanı da itirmişdik”- Millət vəkili
14:21 01.09.2018
Arxiv
1142
"SSRİ-nin dağıldığı dönəmdə Ulu Öndər Heydər Əliyevin Naxçıvanda hakimiyyətə rəhbərlik etməsi ölkəmizi Naxçıvan Muxtar Respublikasını itirməkdən xilas etdi”.
Bu barədə "Sherg.az”a millət vəkili Aydın Mirzəzadə bildirib.
Deputat vurğulayıb ki, həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan qüvvələr nəinki Naxçıvana, digər bölgələrə belə tam nəzarət edə bilmirdi:
"Heydər Əliyevin Naxçıvan Ali Məclisin sədri seçilməsi muxtar respublikanın həmin ağır dövrdə ayaq üstə qalmasına kömək etdi. Ümummilli lider həmin dövrdə nüfuzundan istifadə edərək, əhalinin sosial, ərzaq təminatı, elektrik enerjisi ilə təzhiz edilməsi, təhlükəsizlik problemlərini həll etdi. Eyni zamanda H.Əliyev Naxçıvanın Azərbaycandan ərazi cəhətdən ayrı düşən bölgə kimi problemlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.Ulu öndər Rusiya qoşunlarınınn Naxçıvandan çıxarılmasına, onların malik olduğu silahların respublikada qalmasına çalışdı. Heydər Əliyevin sədrliyi dövründə milliləşmə üçün apardığı islahatlar Azərbaycanda nümunə rolunu oynadı. Ulu öndər həmin illərdə Naxçıvan Ali Məclisinə sədr seçilməsə idi, bu gün Naxçıvanı da itirmişdik. Beləliklə, Azərbaycanın Dağlıq Qarabağ problemi kimi Naxçıvan problemi də mövcud olardı. Naxçıvanın çox ağır vəziyyətə düşməsi də istisna olunmurdu. Naxçıvan əhalisinin Heydər Əliyevi dəstəkləməsi, onun Ali Məclisə sədr seçilməsi istiqamətindəki təkidi problemlərin həllində böyük rol oynadı”.
Qeyd edək ki, 27 il öncə, yəni 1991-ci ilin sentyabrın 3-də ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilib. Məhz həmin dövrdən etibarən Naxçıvanın və ölkənin ictimai-siyasi həyatında Azərbaycanın müqəddəratını həll edəcək mühüm hadisələr baş verib. Bu baxımdan sözügedən hadisə Azərbaycanda böyük siyasi əhəmiyyətə malik tarixi olay kimi dəyərləndirilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə