Uşağa qulluğa görə verilən müavinət artdı - SƏRƏNCAM




Prezident İlham Əliyev Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında sərəncam imzalayıb.
"Sherg.az"ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.


Bu sərəncamdan irəli gələn digər məsələləri həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.