Üzündəki ölümcül ləkə...

23 yaşlı qıza qeyri-adi bir müalicə üsulu tətbiq olunub
Çində 23 yaşlı Xiao Yanın üzündəki ölümcül ləkənin təmizlənməsi üçün qeyri-adi bir müalicə üsulu tətbiq olunub.
Üzünə yumurta böyüklüyündə dörd ədəd şar implant edilərək, dərisi genişləndirilib və ləkə alınıb. Doğuşdan yaranan bu ləkə 500 mindən bir insanda təsadüf edilir. Xiao Yanın anası, üzündəki ləkələrə görə qızının lağ obyekti olduğunu, insanların bunu etməmələri üçün kəndlilərə yalvardığını söylədi. Gənc qızın müalicəsinin ilk mərhələsi üçün 100.000 yuan (58 min 60 TL) ödənilib.