"Uşaqların olduğu otaqda havanı tez-tez dəyişmək vacibdir. Evdə hazırlanan şirələr, maye qəbulu kifayət qədər olmalıdır. Virus əllərdə toplanır. Qoruyucu maddə kimi istifadə etdiyimiz vasitələr elə ciddi qorumur. Ona görə, əlləri tez-tez yumaq vacibdir.
Valideynlər, Diqqət ! - Uşaqlarınızı qripdən belə qoruyun ! - Pediatrdan tövsiyə
11:52 22.02.2018
Arxiv
660
"Qripin bütün növlərində qorunma vasitələri eynidir. Uşaqları açıq havada qripdən mühafizə etmək lazımdır”.
Bunu "Sherg.az”a Rusiyada yayılan qrip epidemiyasının Azərbaycana keçməsinin qarşısının alınması ilə danışarkən pediatr Vaqif Qarayev deyib.
O qeyd edib ki, açıq havada uşağın ağız-burnunu bağlamaq lazım deyil:
"Uşaqların olduğu otaqda havanı tez-tez dəyişmək vacibdir. Evdə hazırlanan şirələr, maye qəbulu kifayət qədər olmalıdır. Virus əllərdə toplanır. Qoruyucu maddə kimi istifadə etdiyimiz vasitələr elə ciddi qorumur. Ona görə, əlləri tez-tez yumaq vacibdir.Evdə qrip olan xəstə ilə yaxın kontakt olmaz. Uşaqlar qrip olduğu halda kollektivə, nə bağçaya, nə də məktəbə getməlidir. Xəstəlik haqqında arayış götürüb, evdə müalicə olunmalıdır. Uşaq 1-2 gün məktəbə getməsə, tapşırıqları yerinə yetirməsə, nə olacaq ki?
Qripə yoluxmuş uşaqların məktəbə, bağçaya getməsi həm onların özləri üçün ağırlaşma verir, həm də başqa uşaqların yoluxmasına şərait yaradır. İşləyən analar əsas gətirir ki, vaxtı olmur, evdə baxa bilmir və s. Bunu haradasa anlamaq olar. Amma işləməyən analar da övladını məktəbə göndərir. Valideynlər qripə yoluxan övladını qeyd etdiyimiz şəkildə qorusa, virusun yayılması azalar. Qripdən qorunma vasitələri virusa yoluxmanı azaldır, amma tamamilə aradan qaldırmır. Ona görə, qeyd etdiyim kimi sanitar-gigiyenik qaydalara mütləq əməl etmək vacibdir”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Rusiyada yayılan qrip epidemiyasının Azərbaycana keçməsinin qarşısını almaq üçün nəzarəti gücləndirib. Xəstə insanların ölkəmizə keçməsinin qarşısını almaq üçün sərhəd-keçid məntəqələrində yoxlama tədbirləri həyata keçirilir, müvafiq təşkilatlara şübhəli xəstələrin dərhal təcrid olunması barədə məlumat verilib, tibb müəssisələrində əks-epidemik və dezinfeksiya tədbirləri üzərində nəzarət gücləndirilib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm