Valideynləri tərəfindən tərk edilmiş 3 nəfərə sünnət toyu etdilər
09:57 19.03.2019
Arxiv
1103
"Ümid yeri" sığınacaq evinin sakinləri sevgi və qayğı ilə əhatələndi
Martın 16-sı "Leyla” şadlıq sarayının rəhbəri Əfsanə xanımın dəstəyi ilə "Ümid yeri" sığınacaq evinin və eşitmə-danışma məhdudiyyətli uşaqların təhsil aldığı "3 saylı internat məktəbi"nin şagird və müəllim heyətinin iştirakı ilə "Müsəlman Mələklərin Yeni ili" adlı sosial yönümlü tədbir keçirilib. Tədbirin əsasını uşaqların "Novruz bayramı", həm də "Ümid yeri" sığınacaq evinin 3 nəfər valideynləri tərəfindən tərk edilmiş uşaqların sünnət toyu təşkil edirdi.
Layihəni və bütün təşkilatçılığı öz üzərinə götürən "Mənim Mələklərim" layihəsinin rəhbəri İlahə Abdullayeva təşkil etmiş olduğu tədbirdə məhdudiyyəti olan, lakin valideynləri tərəfindən qorunan uşaqlar ilə, heç bir məhdudiyyətin olmadığı halda sığınacaqlara tərk edilmiş körpələrin birlikdə əylənərək sadəcə sevgi, qayğı ilə körpələrə dəstəy olmağın, onların gələcəyinə bir ümid olmağın nə qədər vacib və düzgün olduğunu insanlara aşılamağa çalışdı.
Aparıcılığını Tural Ozal edən tədbirdə hər sahədə adını demiş və uğur qazanmış şəxslər, müğənnilər, blogerlər iştirak edirdi. Tədbirin açılışı sünnət olan uşaqlar ilə birlikdə maraqlı bir giriş edən Elişko tərəfindən edildi.
Xeyriyyə tədbirlərinin daimi dəstəkçisi olan Hacı Nuranın çıxışı ilə başlayan tədbirdə əvvəlcə onun doğum günü və sünnət olunan körpələrimiz üçün hazırlanmış tort kəsilib. Daha sonra Ayaz Babayev, Ramil Nabran, Pərvanə, Cəmil Əfəndi, Dj Emilo, Variz Əkbərov, Fərhad Xəlif, Nihat Məlikovun ifaları ilə tədbir davam edib. Eyni zamanda tədbirdə dünya çempionu Eduard Məmmədov, iş adamı Seymur Bayramov, Xüsusi Mühafizə xidmətinin əməkdaşı Vüqar Dönməzov, Avrasiya Kombat ciu-citsu Federasiyasının prezidenti, ictimai xadim, iqtisadiyyat üzrə fəlsəfə doktoru, Maliyyə Nazirliyində Baş məsləhətçi Aqil Acalov, eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası üçün fəaliyyət göstərən "Deaf Community komandası" iştirak edirdi. Xeyriyyə tədbirinə körpələrimizə dəstək olmaq üçün gələn blogerlər də iştirak edirdi. Tədbirin irəliləyən dəqiqələrində uşaqlar üçün klounlar dəvət edilərək bayramlarını daha şən keçirməsi üçün şərait yaradıldı. Eşitmə məhdudiyyətli uşaqlar üçün danışıqlar "Deaf Community” MMC-nin rəhbəri Nuranə Abıyeva tərəfindən jest dilində tərcümə edilirdi. Sonda "Kapital bank"ın əməkdaşları və İqtisadiyyat Universitetinin tələbələri körpələr üçün gətirilmiş xüsusi hədiyyələri təqdim etdi”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya