Vəkilliyə qəbul imtahanına namizədlərin sayı rekord təşkil edib
10:08 28.01.2018
Arxiv
752
Test imtahanında ölkəmizin bütün regionlarından namizədlər qatılıb
İki minədək namizədin iştirak etdiyi, vəkilliyə qəbulla bağlı test imtahanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının hüquqi yardım alma haqlarının daha səmərəli təşkili ilə bağlı vəkillərin sayının artırılaraq lazımı həddə çatdırılması barədə tövsiyəsinə əsasən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov yanvarın 28-də keçirilən vəkillik imtahanı ilə bağlı jurnalistlərə müsahibəsində deyib.
A.Bağırov bildirib: "Sevindirici haldır ki, bugünkü imtahan namizədlərin sayına görə indiyədək hüquq peşəsinə qəbulla bağlı keçirilən test imtahanları ilə müqayisədə ölkə tarixində rekord təşkil edir. Test imtahanında ölkəmizin bütün regionlarından namizədlər iştirak ediblər. Regionlarda vəkillərin azlığı ilə bağlı problem bu imkanlar nəticəsində həllini tapacaq. Dövlət İmtahan Mərkəzi ilə əldə edilən razılığa əsasən gələcəkdə də vəkilliyə qəbul imtahanları tez-tez keçiriləcək və bütün namizədlər üçün lazımi şərait yaradılacaq”.
Sədr qeyd edib ki, imtahan yerli və beynəlxalq müşahidəçilərin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə şəffaflıq şəraitində aparılıb. İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid, hər biri 1 balla qiymətləndirilən 100 sual təqdim olunub. Ən az 60 suala cavab verən şəxslər lazımi keçid balını toplayaraq növbəti mərhələyə buraxılacaqlar.
Qeyd olunub ki, vəkilliyə qəbulla bağlı peşə hazırlığının yoxlanması üzrə imtahan iki mərhələdən - test imtahanı və şifahi mərhələdən ibarətdir. Bundan sonra Ədliyyə Akademiyasında peşəyə buraxılış üzrə müvafiq kursları uğurla başa vuran namizədlər and içərək Vəkillər Kollegiyasının üzvlüyünə qəbul ediləcəklər.
Test imtahanından sonra Vəkillər Kollegiyasının ixtisas komissiyası şifahi imtahan mərhələsi ilə bağlı müvafiq qərar qəbul edəcək və bu barədə məlumat veriləcək.
Vəkilliyə qəbul üçün test imtahanın nəticələri bu gün açıqlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya