Vergidən yayınanlara nazirlikdən XƏBƏRDARLIQ
13:36 19.02.2018
Arxiv
679
Vergilər Naziriliyi vergi ödəyicilərinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vergi sistemində həyata keçirilməsinə başlanılmış şəffaflığın təmin edilməsi və vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi prinsipləri vergi ödəyicilərinin də öz öhdəliklərinə qanunauyğun yanaşmasını tələb edir. Şəffaflıq yalnız vergi orqanlarının fəaliyyətini deyil, eyni zamanda vergi ödəyicilərinin də öz öhdəliklərinə düzgün yanaşmasını əhatə etməlidir. Vergilərini tam həcmdə və vaxtında ödəyən hər bir intizamlı ödəyici vergi orqanlarının etibarlı tərəfdaşı olacaq və belə ödəyicilər daim dəstəklənəcək: "Vergi hesabatına bilərəkdən saxta məlumatları daxil edənlər və vergidən yayınmağa cəhd göstərənlər isə qanun qarşısında cavab verəcək, onlarla sərt, lakin qanunun müəyyən etdiyi çərçivədə davranılacaqdır. Kiçik və ya böyüklüyündən asılı olmayaraq, hər bir vergi ödəyicisi öz vergi öhdəliyinə əməl etməli, ikili mühasibatlığın aparılması, vergiyə cəlb olunan dövriyyələrin gizlədilməsi, vergidən yayınma halları aradan qaldırılmalıdır.
Sahibkarların öz vergi öhdəliklərini rahat şəkildə yerinə yetirməsi üçün mövcud sistem, vergi ödəyicilərinə göstərilən xidmətlər ödəyicilərin gözləntilərinə və tələblərinə uyğun şəkildə təkmilləşdiriləcək. Vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçü götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı tədbirlərə də başlanılıb".
Məlumatda qeyd edilib ki, nazirlik ödəyicilərə keyfiyyətli xidmətlər, qarşılıqlı etimad təklif edir, onları eşitməyə, qanuni tələblərinin həllinə kömək göstərməyə hazırdır. Vergi ödəyicilərindən isə intizamlı olmaq və vergi qanunvericiliyinin tələblərinə tam əməl etmək tələb olunur.
Media və Kommunikasiya Mərkəzi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya