"Verilişlərin səviyyəsi çox aşağıdır" - MTRŞ sədri
05:43 08.09.2017
Arxiv
426
"Azərbaycanda televiziya kanallarında alkoqollu içkilərin reklam saatlarına ciddi nəzarət olunur. Axşam saat 11-ə qədər birmənalı şəkildə heç bir televiziya kanalı alkoqollu içkilərin reklamını verə bilməz".
Lent.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
N.Məhərrəmli bildirib ki, bu sahədə hər hansı problem yoxdur.
Televiziyalarda reklamın müddəti məsələsinə gəlincə, N.Məhərrəmli bildirib ki, bu sahədə əvvəlki dövrlərlə müqayisədə xeyli irəliləyiş var: "Əvvəllər bu problem daha çox idi, biz uzun müddət mübarizə apararaq problemi aradan qaldırmışıq. Bəzən bir saatda 20-25 dəqiqə reklam olurdu. İndi bu interval 12-15 dəqiqədir. Ancaq bu sahədə televiziya kanalları qanunu müəyyən qədər pozurlar və biz onlarla iş aparırıq".
MTRŞ sədri bildirib ki, televiziya kanallarında başqa sahələrdə ciddi qanun pozuntuları yoxdur: "Sadəcə verilişlərin keyfiyyəti çox aşağıdır. Amma qanunda ona görə televiziyalara cəza nəzərdə tutulmur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq