“Vətəndaşa belə diqqət nümunəsi dünyanın heç bir yerində yoxdur” - Deputat
08:58 29.03.2019
Arxiv
474
"Diqlas” ticarət mərkəzində baş verən yanğından dərhal sonra Prezident tərəfindən atılan addım bir daha bütün hallarda dövlət başçısının öz vətəndaşlarının yanında olmasının bariz göstəricisidir”
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, bu, bir daha sübut etdi ki, Prezident İlham Əliyev hər bir azərbaycanlının rəhbəridir:
"Azərbaycanda sosial problemlərin həlli ilə bağlı çox böyük işlər həyata keçirilir. Bu işlər sistemli və ardıcıl xarakter daşıyır. Amma bəzən fövqəladə halların baş verməsi nəticəsində yaranan problemlərin operativ həlli də daim Prezidentin diqqət mərkəzindədir.
Bir müddət əvvəl Şamaxı, İsmayıllı və Ağsuda ondan öncə Zaqatala və Baləkəndə baş verən zəlzələ zamanı da zərərçəkənlərin yanında ilk olaraq Prezidenti gördük. Ötən gün ticarət mərkəzində yanğın baş verdi və xeyli sayda sahibkar ziyan çəkdi. Yenə də Prezident öz vətəndaşının yanında oldu. Vətəndaşa belə diqqət və qayğı nümunəsi dünyanın heç bir yerində yoxdur”.
Parlament üzvü vurğulayıb ki, bu addım həm böyük humanizm, həm vətəndaşların yanında olmaq, həm onların problemlərini həll etmək, həm də əslində sahibkarlığa dəstək verməkdir:
"Ticarət mərkəzində çoxsaylı sahibkara məxsus mallar yanıb. Əslində normal vəziyyətdə onlar öz əmlaklrını sığorta etdirməli, belə bədbəxt hadisələr zamanı sığorta şirkətləri onların zərərini qarşılamalı idi. Ancaq Azərbaycanda vətəndaşın çətin vəziyyətində Prezidentin məsələyə birbaşa müdaxiləsi böyük humanizm və vətəndaşların yanında olmaq nümunəsidir.
Artıq vətəndaşa dəyən ziyana görə dövlət yardımının verilməsi ilə bağlı işlər həyata keçirilməyə başlayıb və müvafiq qurumlar bu işlə məşğuldurlar. Bu, xalq-iqtidar birliyinin ən gözəl, ən bariz nümunələrindən biridir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya
Pezeşkian: İran çökmədi, əksinə gücləndi
09:58 24.08.2026
Gündəm
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
09:52 24.08.2026
Hadisə