Adil Qeybulla: "Əgər satılan qara maskalar qoruyucu statusa malikdirsə, rəngin heç bir fərqi yoxdur"
Viruslar yayılıb, ağzınızı bağlayın!
08:47 13.12.2018
Arxiv
2267
Gənclərin qara tibbi maskalardan istifadə etməsinin elə bir anlamı yoxdur
Adil Qeybulla: "Əgər satılan qara maskalar qoruyucu statusa malikdirsə, rəngin heç bir fərqi yoxdur"
Adil Qeybulla: "Əgər satılan qara maskalar qoruyucu statusa malikdirsə, rəngin heç bir fərqi yoxdur"
Mövsüm dəyişikliyi ilə əlaqədar bəzi viruslar və xəstəliklər fəallaşmağa başlayıb. Xəstəliklərə yoluxmamaq və yoluxdurmamaq üçün bir sıra qoruyucu vasitələrdən istifadə edilir. Bu vasitələrdən biri də tibbi maskalardır. Cəmiyyətin bəzi üzvləri bu maskadan istifadəyə barmaqarası baxsa da, gənclər tibbi maskadan istifadəyə üstünlük verir. Şəhərdə, nəqliyyatda çəkinmədən ağzında tibbi maska gəzdirən gənclərə daha sıx rast gəlmək olar.
Qeyd edək ki, tibbi maska daha çox qrip epidemiyası dövründə, soyuq aylarda ictimai nəqliyyatda və insan çox olan yerlərdə viruslardan qorunmaq üçün taxılır.
Bir də insan özü xəstələnibsə, digərlərini qorumaq və eləcə də xəstəliyin daha da ağırlaşmasının qarşısını almaq üçün bu vasitəyə üstünlük verir.
Eləcə də onkoloji və leykoz xəstələri hər hansı mikroba tutulmamaq və sterilliyi qorumaq məqsədilə bu maskalardan istifadə edir. Maskaların təsir müddəti isə cəmi bir neçə saatdır.
Qeyd edək ki, son günlər şəhərdə əvvəl adət etdiyimiz ağ tibbi maska əvəzinə qara rəngdə maska taxan gənclərə rast gəlirik və sanki qara maska taxmaq dəb halını alıb.
Qara maska ilə ağ maskanın fərqi nədir və hər hansı özəlliyi var?
Aptek işçilərinin dediyinə görə, qara rəngdə tibbi maskanın ağdan heç bir fərqi yoxdur. Hər ikisi 10 qəpikdir, materialı eynidir, heç bir üstün cəhəti ilə seçilmir. İnsanların qara maska seçməsinin əsas səbəbi geyimləri ilə uyğunluq təşkil etmək istəyidir. Belə ki, ağ rəng qış aylarında daha çox gözə çarpır. İnsanlar isə qışda geyimləri adətən tünd və qara rənglərdə seçirlər. Buna görə də qara maska anidən trendə çevrilib.
Hər iki maska sintetik materialdan hazırlanır, bakterial effektivliyi 90 faiz olur. Tibbi maskanı ən geci 3 saatdan bir dəyişmək lazımdır.
Sosial şəbəkə istifadəçiləri isə qara rəng maskalarla bağlı müxtəlif fikirlər səsləndirir. İnsanlar qara maskanın gənclər tərəfindən fərqli görünmək üçün istifadə edildiyini düşünür. Gənclər isə ağ rəng maskada özlərini narahat hiss etdiklərini bildirirlər.
Tibb üzrə ekspert, professor Adil Qeybulla qara maskalar barədə məlumatsız olduğunu deyib: "Bildiyim qədər siz dediyiniz qara maskalar dəb üçün parçadan hazırlanır. Onlar isə steril olmadığı üçün tibbi maska sayılmır”.
Apteklərdə satılan qara maskaların haradan idxal olunduğunu bilməyən tibb eksperti tibb müəssisələrində bu cür maskalardan istifadə olunmadığını deyib:
"Əgər sözügedən maskalar sterildirsə, bu zaman onun rəngi bir əhəmiyyət daşımır.
Bildiyiniz kimi, tibbi maskalar virusların nəfəs yoluna düşməsini əngəlləyir. Əgər satılan qara maskalar qoruyucu statusa malikdirsə, rəngin heç bir fərqi yoxdur”.
A.Qeybullanın fikrincə, rəngindən asılı olmayaraq maskaları taxarkən kompleksə düşmək lazım deyil:
"Yaxşı olar ki, ictimai nəqliyyatdan istifadə edərkən və ya yeraltı keçidlərdə bu maskalardan istifadə edilsin. Çünki yer altında havalandırma sistemi aşağı səviyyədə olduğundan maskalardan istifadə məqsədəuyğundur.
Təəssüflər olsun ki, insanların əksəriyyəti tibbi maskalardan istifadəyə kompleksli yanaşır, amma bu, düzgün deyil. Xəstə adamın olduğu yerlərdə bu maskalardan istifadəyə xüsusi diqqət etmək lazımdır. Virusların hava ilə yayıldığını nəzərə alsaq, bu zaman xəstəliyə yoluxmaq qaçılmazdır. İnsan həm özünü qorumaq, həm də xəstəliyin başqa adamlara keçməməsi üçün buna diqqət etməlidir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm