Vitse-spiker: “AXC –in 100 illiyi yüksək səviyyədə keçirilməlidir”





Milli Məclisin bugünkü iclasında sədr müavini Bahar Muradova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı təklif verib. "Sherg.az"ın xəbərinə görə B.Muradova deyib ki, Milli Məclis AXC-in 100 illiyinin keçirilməsinə hazır olmalıdır:

"Cənab prezident AXC-in 100 illiyi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamda Milli Məclisə yubileyin keçirilməsi tapşırılıb. Məlumat üçün bildirim ki, Milli Məclisin sədri Oqtay Əsədovun tapşırığı ilə yubileyə hazırlıq üzrə xüsusi qrup yaradılıb. 

Bu qrup artıq hazırlıq işlərinə başlayıb. AXC –in 100 illiyi yüksək səviyyədə keçirilməlidir. Həmçinin bildirim ki, Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi ilə bağlı da yubiley medalının təsis edilməsi istiqamətində iş gedir”.