“Vyana görüşündə Azərbaycan tərəfi daha prinsipial mövqe ortaya qoyub” - Politoloq

"Vyana görüşündə Azərbaycan tərəfi daha prinsipial mövqe ortaya qoyub”.
Bunu "Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Vyanada keçirilən görüş haqqında mətbuata hər hansı açıqlama verilməyib:
 "Nikol Paşinyan güzəştə getməyə hazır deyil. Fikrimcə, ilk rəsmi görüşdə hər hansı ciddi nəticə olmayıb. Ola bilər, yenidən görüş baş tutsun. Atəşkəsin qorunması hansı dərəcədə olacaq, bunu son üç gün ərzində biləcəyik. Güman edirəm, Paşinyan növbəti dəfə vaxt istəyib. Bu da Qarabağdakı separtçıları siyasi səhnədən uzaqlaşdırmaq üçün lazımdır. 
Hər halda görüşü çox ciddi qəbul edirəm və düşünürəm ki, Paşinyanın tam mövqeyi Azərbaycan tərəfinə bəlli oldu. Moskvanın Ermənistan üzərində təsir qüvvəsini nəzərə alsaq, bu görüşlə torpaqların geri qaytarılması prosesi baş verməyəcək. Ancaq Paşinyanla bir neçə rayonun qaytarılması istiqamətində danışıqlar və razılaşmalar ola bilər. Bunu da Paşinyan daxildə həll etməlidir. Məhz buna görə Paşinyana vaxt verilə bilər”.
Qeyd edək ki, bugün Avstriyanın paytaxtı Vyanada Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş olub. Görüş əvvəlcə ATƏT-in Minsk qrupu həmsədrləri və hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə geniş tərkibdə, daha sonra isə təkbətək formada keçirilib. Sonda yenidən geniş tərkibdə davam etdirilib. Təxminən 3 saatdan çox çəkən görüşdə liderlər təkbətək və həmsədrlərin iştirakı ilə müzakirələr aparıblar. Ermənistanın baş naziri Nikol Paşinyan isə Prezident İlham Əliyevlə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada sadəcə bir cümlə deyib: "Azərbaycan Prezdenti İlham Əliyevlə görüş normal keçdi”.
İsmayıl