Vyana görüşünün NƏTİCƏLƏRİ – Deputat mühüm faktlar sadaladı

"Vyana görüşü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan ilk rəsmi görüş idi. Bundan öncə, onlar Düşənbdə, Sankt-Peterburq və Davosda görüşüblər, lakin bunlar qeyri rəsmi görüşlər idi. İlk rəsmi görüş dünən keçirildi və bu görüşün nəticələri ilə bağlı ATƏT in Minsk qrupu 3+2 formatında yekun bəyanat yaydı”.
Bu barədə "Sherg.az”a millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov dünən Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan rəhbərləri arasında baş tutan görüşün nəticlərindən danışarkən bildirib.
Parlament üzvü qeyd edib ki, görüşün ilkin nəticələri məlumdur:
"N.Paşinyan ciddi cəhdlə çalışırdı ki, danışıqların formatı dəyişsin. Yəni qondarma Dağlıq Qarabağ rejimi də danışıqlarda tərəf olsun. Bütün ciddi cəhdlərə baxmayaraq N.Paşinyanın bu istəyi baş tutmadı. Və bundan sonra da Azərbaycan və Ermənistan XİN rəhbərləri səviyyəsində görüşlərin keçirilməsi gözlənilir. Bu görüş də qondarma rejiminin nümayəndəsi danışıqlarda iştirak etməyəcək.Görüşlə bağlı ən mühüm nəticələridirən biri budur.
İkinci nəticəyə gəlincə, millət vəkili qeyd edib ki, bu görüşdə hər iki dövlətin rəhbəri etimad mühitinin yaradılması ilə bağlı razılıq əldə edib:
"Etimad mühitinin formlaşması prosesi isə ilk növbədə insanlar, ictimaiyyət nümayəndələri və ziyalılar arasında əlaqələrin yaradılmasından keçir. Bundan sonra yalnız Dağlıq Qarabağın Azərbaycanlı və erməni icmaları arasında deyil, ictimaiyyət nümayəndələri arasında da təmaslar yaradılmalı və inkişaf etdirilməlidir. Yəni "Xalq Diplomatiyası”nın formalaşdırılması və genişləndirilməsi əsas hədəflər sırasındadır. 
Düzdür, Dağlıq Qarabağ münaqişəsi Minsk qrupunun vasitəsi ilə həll olunmalıdır. Lakin ictimai təmaslar, ziyalıların görüşləri və "Xalq Diplomatiyası” bu prosesə bir dinamizm verməlidir. BMT baş katibi Antonio Quterreş də bu görüşə yüksək qiymət verib. O məlum görüşün tərəflər arasında etimad mühitinin formalaşması və bununla bağlı əlavə tədbirlərin görülməsi baxımından dəyərli olduğunu vurğulayıb. Hesab edirəm ki, bundan sonrakı görüşlərdə daha dəqiq punktlar üzərində danışıqlar aparılacaq”.
Ayyət Əhməd