Xalqa zəhər yedirdənlər...
20:51 18.05.2016
Arxiv
537
Bu gün oxuduğum bir xəbər, 2 gün öncə başıma gələn hadisəni xatırlatdı. Xəbərdə deyilir ki, bu ilin 4 ayı ərzində Azərbaycanda 182 qida zəhərlənməsi hadisəsi baş verib. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, qida zəhərlənməsi nəticəsində 222 nəfər zərər çəkib. Yanvar-aprel ayları ərzində ölkədə 22 botulizm hadisəsi qeydə alınıb. Nəticədə 27 nəfər zərər çəkib. Təkcə aprel ayında isə 39 qida zəhərlənməsi hadisəsi nəticəsində 49 nəfər zəhərlənib. 3 botulizm hadisəsi nəticəsində isə eyni sayda zəhərlənmə qeydə alınıb.
Dörd ay ərzində qida zəhərlənməsindən 222 nəfərin ziyan görməsi elə-belə rəqəm deyil. Bunun ciddi araşdırılmasına ehtiyyac yoxdurmu? Var əlbəttə. Amma araşdıran kim? Sual olunur, axı qidadan insan niyə zəhərlənsin ki? Bir-iki fakt olsa, hardasa üstündən keçmək olar. Amma 222 nəfərin zərər çəkməsi...
İki gün əvvəl aldığım məhsulun keyfiyyətlilik dərəcəsinə baxmayıb özüm və, ailə üzvlərim ondan istifadə etsəydik, yəqin ki, bu gün Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumatada qida zəhərlənməsindən 222 nəfərin yox, 225 nəfərin zərər görməsi qeyd olunacaqdı. Bakının Binəqədi rayonu ərazisində, Baksol deyilən tərəfdə mini-marketdən birini 1.20 AZN-dən iki xama aldım. İsmayıllı süd məhsulu "brend”I adı altında istehsal olunan xamanın buraxılış tarixi 05.05.2016, istifadə müddəti isə 2 ay göstərilib. Evə gətirib qapağını açanda, dəhşətli mənzərə ilə qarşılaşdım. Xamanın rəngi sapsarı, üzərində xırda yaşıl toxumalar, qoxusu isə üfunət. Ərinmədən bu məsələni araşdırmaq qərarına gəldim. Sən demə İsmayıllı məhsulu adı altında satılan xama, elə aldığım marketin yaxınlığında, Baksol yolunda hansısa bir sexdə hazırlanırmış. Daha dəhşətlisi isə, marketlər bu cür məhsulların istifadə vaxtı bitəndə, istehsalçıya qaytarsalar da, istehsalçı köhnə malın üzərinə yeni tarix qeyd edərək, dövriyyəyə çıxarırmış. Bunu da mənə market sahibi dedi.
Normal ölkələrin, normal istehsalatı ilə məşğul olan şirkətləri təbii ki, bu cür vicdansızlığı etməzlər. Etsələr belə, dərhal aidiyyatı qurumlar o şirkətin qapısına bir möhür vurub, məsul şəxslərini də həbsə atarlar. Amma bizdə bunun şahidi oluruqmu? Xeyr. Bizdə bu tətbiq edilsə idi, yəqin ki, dörd ay ərzində 222 insan qida məhsulundan zəhərlənib, ziyan görməzdi.
Mən bir jurnalist olaraq, ən əsası bir vətəndaş olaraq, aidiyyatı qurumlara, İqtisadiyyat Nazirliyinin Antiinhisar Departamentinə, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinə və digər aidiyyatı qurumlara müraciət edirəm. İnsanlarımızın zəhərlənməməsi üçün, bu cür hallara qarşı mübarizə aparılsın. İnsanlarımızın sağlamlığı naminə mənşəyi və mənbəyi məlum olmayan məhsulların bazardan çıxarılmasına, bu cür vicdansızlıqla pul qazanan şirkətlərin isə cəzalandırılmasına nail olunsun.
Anar Bayramoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq