Xaricdə təhsil alan şəxslərin nəzərinə: xüsusi imtahan verəcəklər
12:52 06.09.2017
Arxiv
509
Dünyanın 500 ali təhsil müəssisəsini bitirəcək məzunların diplomları avtomatik olaraq Azərbaycanda tanınacaq.
"Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən yeni nostrifikasiya qaydaları hazırlanıb. Hazırda qaydalar yekun müzakirə mərhələsindədir və yaxın müddətdə təsdiq olunması üçün hökumətə təqdim olunacaq”. Bunu APA-ya Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev deyib.
İdarə rəisi qeyd edib ki, yeni qaydalara əsasən dünya üzrə 500 ali təhsil müəssisənin siyahısı dərc olunacaq. S.Vəliyev qeyd edib ki, dünya reytinqli həmin təhsil müəssisələrinin məzunlarının diplomları avtomatik olaraq Azərbaycanda tanınacaq: "Həmin siyahıda nəzərdə tutulmayan digər təhsil müəssisələrini bitirən məzunların diplomları isə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanlar əsasında bilik və bacarıqlarını təsdiq etdirdikdən sonra nostrifikasiya ediləcək. Proses olaraq məqsədimiz, ana xəttimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha nüfuzlu və reytinqli ali təhsil müəssisəsində təhsil alsın.
Siyahıya daxil olan 500 təhsil müəssisəsindən kənar təhsil müəssisələrində verilən diplomları inkar etmirik. Sadəcə olaraq, yeni qaydalara görə, digər ali məktəblərdə təhsil alan məzunların diplomları yalnız ayda 2 dəfə keçirilməsi nəzərdə tutulan xüsusi imtahanlarda iştirak etdikdən və minimal biliklərini təsdiq etdirdikdən sonra tanınacaq. Bu imtahanlardan sonra artıq müsahibələr keçirilməyəcək. Bu imtahanlar yetərli olacaq ki, şəxs öz biliyini imtahanlara əsasən təsdiq etdirərək diplomunu təsdiq etdirsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman