Xəstəxanada siçanlar 10 günlük körpəni öldürdü

Hindistanda yaşanan laqeydlik nəticəsində reanimasiyada yatan 10 günlük körpəni siçanlar öldürdü. İlk anda müdaxilə edilə bilməyən körpə çox təəssüf ki, həyatını itirdi.
Hindistan dövlət xəstəxanasında yaşanan hadisə ilə bağlı ağrılı ana və ata bunları danışıb: -Körpəmiz sidik yollarındakı problemlə bağlı əməliyyat keçirəcəkdi, biz oğulumuzun barmağının dişlənilmiş olduğunun fərqinə varıb, tibb bacılarına söylədik. Ancaq onlar buna əhəmiyyət vermədilər. Əməliyatdan sonra yaxşılaşması üçün reanimasiyaya yatırdıldı. Oğulumun yanına getdiyim zaman bir çox yerindən dişlənildiyini fərq edib həkimlərə söylədik. Ancaq heç bir şey etmədilər ... Xəstəxanada yaşanan bu qorxunc hadisədən sonar səhiyyə naziri dərhal hərəkətə keçib və dövlət xəstəxanasını araşdırmaq üçün qrup göndərdi. Hadisəyə məsul 1-i həkim olmaqla 3 tibb əməkdaşının işinə son verildi və bu kəslərin məhkəmədə mühakimə olunmasına qərar verildi.