Xəzərdə zəlzələ olub





Mayın 23-də Xəzər dənizində 3,3 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, yerli vaxtla saat 14:32-də qeydə alınan yeraltı təkanın episentri Xəzər dənizində, ocağı isə 56 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.