Xırdalan şəhərində 3 mərtəbəli " WOODPECKER” mebel salonunun açılışı oldu. "WOODPECKER” şirkəti 2007-ci ildə Cəilabad rayonunda fəaliyyətə başlayıb, hazırda isə ölkənin müxtəlif bölgələrində bu nişanla mebellər istehsal olunur. Keyfiyyətli xammal hesabın, yüksək texnologiyalarla hazırlanan bu məhsullar ölkə bazarında ciddi təlabatla satılır. Hazırda şirkət müasir dizaynla klassik, avanqard və modern üslublu qonaq, uşaq dəsti , yataq , mətbəx və s. mebellərini satışa çıxarır.
Xırdalan şəhərindəki mağazanın açılışında dükanının direktoru Nizami İbrahimov çıxış edərək, bütün "WOODPECKER” ailəsini təbrik etdi:
"Bu, şirkətimizin 21 -ci dükanın açılışıdır. Mən 6 ildir ki, bu işlə məşğulam. Mebellərimiz yerli istehsaldır, yüksək keyfiyyətli sərfəli qiymətlərlə müştrilərə təqdim olunur. Xırdalan şəhərindəki bu, mağazamızın sahəsi 450 kv.m.-dir. Alıcılarımıza bildirmək istəyirəm ki, qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə kamaniyalarımız olacaq; mebel alan müştərilərimizə də xüsusi hədiyyələrimiz var. Qiymətlərə gəldikdə isə, məsələn, mətbəx mebellərimiz standart formada 350 AZN-dən 700 AZN-ə qədər məbləğdə satılır. Alıcılarımızı bizim yeni açılmış mağazamıza dəvət edirəm”.
"WOODPECKER” mebel fabrikinin rəhbəri Əlyar Əliyev ölkədə sahibkarlığın inkişafından danışaraq, Prezidentin onlara dəstəyini vurğuladı:
"Şirkətimiz 2007- ci ildən fəaliyyət göstərir. Azərbaycanın bütün bölgələrində bizim məhsullarımız satılır. Mağazalar məhsullarımızı öz adlarına satdığına görə istehlakçıların əksəriyyəti bizi tanımır. Hətta bu məhsulları alman, türk, italyan məhsulları adı altında satdıqlarına görə biz qərara gəldik ki, artıq öz milli brendimizi, " WOODPECKER”-i tanıdaq. İstəyirik ki, öz məhsullarımızla xalqımızın mebelə olan ehtiyaclarını təmin edək. Şirkətin əsas fabriki Cəlilabad rayonunda yerləşir. Düşünürəm ki, bərabər səviyyəli rəqabət olarsa, müştərilər bizi seçəcəklər. Bölgələrdə yerli istehsal məsullarının satışını artırmaqla sivilizasiyanın inkişafına böyük təkan veririk. Cəlilabadda şirkətimizdə 600 nəfərdən yuxarı əməkdaş çalışır. Burda müxtəlif peşə ilə məşğul olan, interyer, eksteryer, dizayn öyrənən işçilərimizdən söhbət gedir. Bizim işimiz interyer işidir. İnsanlarımıza şərait yaradırıq ki, müxtəlif səbəblərdən mərkəzə gəlməyin qarşısını alaq. Bölgə ilə mərkəz arasında bəzi xırda çatışmamazlıqlarımız var. Amma üstünlüklərimiz ondan qat-qat çoxdur. Mən tövsiyyə edirəm ki, sahibkarlar əsasən bölgələrə üz tutsunlar. Çünki insanların onlara böyük ehtiyacı var. İş yerləri açıldıqca, insanların ehtiyaclarını ödəmiş, onların artıq şəhərə axınının da qarşısını almış oluruq”.
Hazırda salonlaşma siyasətinin həyata keçirilməsindən danışan Əliyar Əliyev diqqətə çatdırıb ki, bu 21-ci mebel dükanının açılışıdır. O, söylədi ki, aparılan rəqabətdə istehlakçı qazanır:
"Hazırkı dilerlərimizdən uzaqlaşmayacağıq. Biz satış deyil, istehsal rəqabəti aparacağıq. Satışın daha da optimallaşmasına, intensivləşməsinə çalışacağıq.Salonlaşmamızın istehlakçılara əhəmiyyəti bu olacaq ki, satış və müştərinin xidmətində durma mədəniyyəti, müştərini məmnun etmə prinsipi önə cəkiləcək. Təsadüfi şəxslər meydana çıxır və mebellərimizi baha qiymətə xarici brend altında satırlar. Həmin adamlar yüksək pafosla o malları insanlara sırıyırlar. İnsanlarımız da daha çox xaricdən gələn mebellərə şan- şöhrət kimi baxırlar. 2016- 2017 -ci illərdə xarici təşkilatların mebel məhsullarınının Azərbaycana axını və satışışında durğunluq baş verdi. Və 20- 40% məhsulların ölkəmizə axını azaldı. Xarici brend altinda məhsul satan işbazlar var. Belə stereotip yaradırlar ki, xarici məhsul baha olmalıdı. Həttə inanılmaz rəqəmlə rastlaşdıq; 700 manata satdığımız məhsulu İtalyan brendi adı altında 3000 AZN-ə satıblar. Bizə o məlumat çatan kimi o dükanla əməkdaşlığımızı dayandırdıq. Və bu da gələcəkdə bizim imicimizə zərə vura biərdi. Bizim menecerlər var ki, onlar bu məlumatları vaxtında bizə çatdırırlar. İndi məhsullarımızı qablaşdıraraq, brendimizin "WOODPECKER” adını yazırıq. Azərbaycanda qeyri- neft sektoru o qədər də inkişaf etmədiyinə görə bizim mebellərin də xammalın böyük əksəriyyəti xariçdən - Türkiyə, Gürcüstan, Rusiya, Belarus, Çin kimi ölkələrdən gəlir. Artıq istəyirik ki, xammal ehtiyacımızı özümüz şirkət daxilində istehsal edək. Öz təminatımızı ödəyirik və istəyirik ki, bunu daha da inkişaf etdirək, alıcılara mebellərimizi daha yaxın ərazidən çatdıraq”.
"WOODPECKER” mebel şirkətinin Xırdalanda yerləşən yeni açılmış mağazasının əlaqə vasitələrini təqdim edirik:
Xirdalan şəhəri,Heydər Əliyev prospekti,Mədəniyyət evi ilə üzbə-üz.
Əlaqə nömrəsi: 012-342-87-57 055-200-63-97
Aysel Aslan