“Xocalı soyqırımını törədənlər cəzalarını almalıdırlar”
17:26 26.02.2018
Arxiv
1152
Əli Həsənov: “Azərbaycan və Türkiyə birlikdə olanda daha güclüdürlər”
Türkiyəyə səfəri çərçivəsində Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Anadolu” agentliyinə açıqlama verib. Xocalı soyqırımının 26-cı ildönümü haqda danışan Ə.Həsənov, "dünyada haqq-ədalət olacaqsa, Xocalı soyqırımını törədənlər də cəzalarını almalıdırlar. İnsanlıq əleyhinə olan bu cinayətə hüquqi qiymət verilməlidir” - deyib.
O qeyd edib ki, Azərbaycan dövləti ermənilərin törətdiyi bu qətliamı dünyaya tanıtdırmaq üçün çalışır: "10-dan çox ölkənin parlamentində Xocalı soyqırımı ilə bağlı qərarlar qəbul olunub. Əlbəttə, bu qətliamın tanınması zaman tələb edir. Amma hesab edirik ki, dünyada haqq və ədalət olacaqsa, bu cinayəti törədənlər də cəzalarını almalıdırlar. Çünki bir gecədə yüzlərlə azərbaycanlı məhz azərbaycanlı və türk olduğu üçün qətl ediliblər. Burada məqsəd həmin torpaqlardan azərbaycanlıların çıxarılması və yerində arzuladıqları uydurma "Böyük Ermənistan” dövlətinin qurulması istəyi olub. Torpaq iddiasına görə, bir xalqın mənsublarını uşaq, qadın, yaşlı demədən qətl ediblər”.
Ə.Həsənov, həmçinin Hollandiya parlamenti nümayəndələr palatasının 1915-cı il qondarma "erməni soyqırımı”nı tanıması ilə bağlı qərarına münasibət bildirib. Onun sözlərinə görə, parlamentlər soyqırımla bağlı qərarlar qəbul etməzdən əvvəl araşdırmalar aparmalıdır: "Tarixdə erməni soyqırımı olmayıb. Bu uydurma bir tələbdir və bu tələbi 100 ildir ki, ermənilər irəli sürür. Türk xalqından təzminat almaq üçün onu etmədiyi bir şeydə təqsirləndirərək üzərinə gedirlər. Təəssüf edirik ki, dünyanın bir sıra dövlətləri bu məsələni araşdırmadan qərarlar qəbul edirlər. Bu qərarlara biz də etiraz edirik. Olmayan bir şeyə görə Türkiyəni günahlandırmaq ədalətsizlikdir.
Türklərin 100 il əvvəl soyqırımı etdiyini deyənlər əvvəlcə arxivləri araşdırsınlar. Tarixçilər də bu məsələni araşdırsın. Onlar nə qərar verəcəksə, biz də onu qəbul edəcəyik. Ancaq bunu etmək istəmirlər, çünki belə bir soyqırımı olmayıb”.
Azərbaycan prezidentinin köməkçisi Suriyanın Afrin bölgəsində Türkiyənin həyata keçirdiyi "Zeytun budağı” əməliyyatı ilə bağlı da fikirlərini açıqlayıb: "Prezident Rəcəb Tayyib Ərdoğan hər çıxışında bildirir ki, Türkiyə Afrinə girərkən də, başqa hərbi əməliyyatlar həyata keçirən zaman da heç kimin torpağına göz dikməyib. Amma Türk xalqına olan basqılara, Türkiyənin bütövlüyünə yönələn təhdidlərə, onun ərazi bütövlüyünü və xalqın birliyini pozmaq istəyən terrorçulara qarşı Türkiyə dövləti amansız olub və belə də davam edəcək. Biz də gücümüzün çatdığı qədər Türkiyə dövlətinin yanında olacağıq. Biz Azərbaycan dövləti olaraq da bildirdik ki, Afrində həyata keçirilən əməliyyat Türkiyənin təhlükəsizliyi anlamında onun haqqıdır. Bu, Suriyanın torpağını ələ keçirmək, Afrini işğal etmək məqsədini daşımır. Orada Türkiyənin bütövlüyünə, təhlükəsizliyinə təhdid yaradan güclərə qarşı əməliyyat həyata keçirilir. Bu təhdidlər bitdikdən sonra Türkiyə yenə öz sərhədləri daxilində fəaliyyətini davam etdirəcək. Buna görə də Türkiyəni günahlandırmaq ədalətsizlikdir”.
Əli Həsənov vurğulayıb ki, Türkiyə və Azərbaycan dostluğu əbədidir: "Bunun təməlini öndərlərimiz qoyub. Böyük Atatürk "Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri isə Türkiyənin kədəridir” deyib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev də "Biz bir millət, iki dövlətik” deyib. Bizim taleyimiz, kədərimiz və sevincimiz eynidir. Azərbaycan və Türkiyə birlikdə olanda daha güclüdürlər. Biz bu dostluğu qorumaq üçün əlimizdən gələni edəcəyik. Kim bu xalqların arasına girəcəksə, üzüləcəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol