«Ya Xocalı, ya Türkməneli…»

"Türkmənelinin vətənpərvərləri Xocalı soyqırımını anma tədbirlərində Azərbaycanla bir yerdədirlər"



Türkməneli Cəbhəsi Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı sosial şəbəkədə «Ya Xocalı, ya Türkməneli…» başlığı altında paylaşım edib. Paylaşımda bildirilir ki, Türkmənelinin vətənpərvərləri Xocalı soyqırımını anma tədbirlərində Azərbaycanla bir yerdədirlər. 

Paylaşımda vətənpərvər, milliyyətçi gənclərə səslənilərək 26 fevral günü «Ana fəryadı» abidəsinə yürüş təşkil ediləcəyi bildirilir. 

Paylaşımda yürüşün başlanma yeri, vaxtı da göstərilir və qeyd edilir ki, gənclər türkməneli banerinin müşayiəti ilə yürüş edəcəklər. Türkməneli cəbhəsi bütün vətənsevərləri Xocalını anma mərasimində aktivliyə dəvət edib.

Məlahət