Yanan pilotun sükunətinin səbəbi müəyyən oldu





İordaniyalı pilotun IŞİD tərəfindən yandırılaraq öldürüldüyü görüntülər bütün dünyada şok yaratmış, pilotun soyuqqanlı görüntüsü isə başlarda sual işarələrinə səbəb olmuşdu.
IŞİD-in yaydığı görüntülərdə diqqəti çəkən detallardan biri də İordaniyalı pilot Moaz al-Kasasbehin olduqca sakit görünməsi idi. Səudiyyənin bir xəbər saytı IŞİD xadimlərinin pilota sakitləşdirici dərman verdiklərini etiraf etdiyini bildirdi. Sayt bu sayədə pilotun sakit qala bildiyini və özünü gözləyən sondan xəbərsiz olduğunu ifadə etdi.(Milliyet)
22 dəqiqəlik videonu araşdıran mütəxəssislər ayrıca İordaniyalı pilotun ağrını qəbul edəcək duyğusal mərkəzlərinin bir anda yanmasının, normalda hiss etməsi lazım olan ağrıdan daha azını hiss etməsinə səbəb olduğunu açıqladı.