“Yanmış bina”da təxribat izi var
19:46 11.07.2016
Arxiv
936
“Əgər binanın restavrasiyasında yanğına meyilli üzlüklər istifadə olunmasaydı, təxribatçının məqsədi baş tutmayacaqdı”
Ötən il mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümü, 56 nəfərin yaralanması ilə nəticələnmiş yanğının qəsdən törədilməsi ilə bağlı iddialar səngimək bilmir. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə üzə çıxanlar da binanın qəsdən yandırılması versiyasını gücləndirib.
Binəqədidəki bina Avropa Oyunlarına sayılı günlər qalmış yandı. Bu ərəfədə oyunların alovlu məşəli ölkənin rayonlarını dolaşır, əldən-ələ keçirdi. Sanki kimlərsə binanı qəsdən yandırmaqla, "alovlu şou” mesajı verməklə dövlətin yüksələn imicinə ziyan vurmaq istəyib. Rəsmi məlumatlara görə, olay zamanı 14 nəfər yanğın zamanı əmələ gələn qazlardan zəhərlənərək dünyasını dəyişib. 15-ci şəxs - Yaşar Fazil oğlu Nəcəfzadə isə hündürlükdən yıxılaraq ölüb. Yaşar Nəcəfzadə "Favorit” marketlər şəbəkəsinin administratoru olub. Ortabab gəliri olan Nəcəfzadə həmin binada bir otaqlı mənzili hadisədən 6 ay əvvəl nə az, nə çox, düz 300 manata kirayələyib. İddialara görə, Nəcəfzadə maaşının az qala yarısını verib daha normal şəraitli mənzil kirayələyə biləcəyi halda 1 otaqlı mənzili niyə kirayələyib? Üstəlik, yanan binanın lifti tez-tez xarab olurmuş. Ən əsas iddia isə odur ki, Yaşar Nəcəfzadə olay zamanı binanın 12-14-cü mərtəbələri arasında özündən 10-15 yaş böyük olan Hilal adlı bina sakini ilə pilləkənlərdə rastlaşıb. Həmin şəxslə bir neçə mərtəbə düşən Nəcəfzadə qəfildən geri dönüb. Hilal isə aşağı enərək binadan çıxıb və sağ qalıb. Nəcəfzadə niyə geri dönüb, məqsədi nə olub, özünü binadan niyə atıb? Bu suallara hələ cavab tapılmayıb. Nəcəfzadənin sosial şəbəkələrdə paylaşdığı fotolar da diqqəti çəkib. Onun qəbiristanlıqda çəkdirdiyi fotonun altında "ora hazırlaşıram” sözləri əks olunub. Eyni zamanda həmin şəxsin şəkillərinin bir çoxunda 2 barmağını yuxarı qaldırdığı diqqət çəkir ki, bu işarə satanizmdə şeytanın qələbə çalması kimi qəbul edilir. Hadisə ilə bağlı yayılan iddiaları dəyərləndirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatçı İlqar Altay "Şərq”ə verdiyi açıqlamada Binəqədidəki bina yanğınının elə-belə hadisə olmadığını və bəzi qaranlıq məqamların istisna edilmədiyini bildirib: "Beynəlxalq idman yarışları ərəfəsində belə bir hadisənin yaşanması və ölüm halının olması Azərbaycanın imicinə böyük zərbə vurdu. Çünki yanğından sonra ölkəmizdə təhlükəsizlik sisteminin yaxşı qorunmadığı iddia edildi. Hətta ermənilər bu olaydan çirkin məqsədləri üçün istifadə etməyə çalışdılar. Onlar yanğın zamanı helikopterlərin suyu düzgün səpmədiyini və yanğını söndürməkdə aciz qaldığını iddia etdilər. Bu nöqteyi-nəzərdən hadisənin təxribat olduğunu söyləmək mümkündür. Kiminsə müəyyən məqsədlə əvvəlcədən binaya daxil olması, yanğını bilərəkdən törətməsi və sonra özünü öldürməsi çox mürəkkəb və müəmmalı iddialardır. Təbii ki, bunları mütləq mənada doğru və ya yanlış hesab etmək olmaz. Fikrimcə, yanğın çox böyük miqyaslı hadisə olsa da, hər halda istintaqın əlində kifayət qədər materiallar var və onlar hadisəni ciddi araşdırırlar. Bütün proseslər əvvəldən-axıra kmi izlənilib, faktlar-sübutlar çoxdur. Əlbəttə, istintaqın gedişatından və obyektivliyindən çox şey asılıdır. Məncə, istintaqın obyektiv aparılmamasına ictimai-siyasi və ekonomik səbəb yoxdur”. Ekspertə görə, əgər binanın restavrasiyasında yanğına meyilli üzlüklər istifadə olunmasaydı, təxribatçının məqsədi baş tutmayacaqdı: "Əsas problem budur. Təxribat törədən şəxs binanın bir tərəfini yandırmaqla o boyda yanğına səbəb olmayacağını yaxşı bilirdi. Axı iki kvadrat metr sahəni yandırmaqla nə əldə edəcəkdi ki?! Üzlüklərin vurulması həmin adamın işini asanlaşdırdı, nəticədə yanğın onlarla adamın ölümünə səbəb oldu. Ola bilsin, təxribatçı küləyin istiqamətini müəyyən etməklə üzlüklərin tez alışacağını və yanğın söndürənlərin hadisə yerinə gec gələcəyini planlayıb. Mən heç vaxt binadakı yanğının təxribat ola biləcəyini istisna etməmişəm. Amma yenə deyirəm, hər hansı təxribat olmasaydı belə istənilən təsadüfi yanğın nəticəsində bina təpədən-dırnağa alışıb yanacaqdı”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm