Yanvar-apreldə 151,0 min ton ət istehsal edilib





Cari ilin yanvar-aprel aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 2,0 faiz artaraq 151,0 min ton, süd istehsalı 3,9 faiz artaraq 622,4 min ton, yumurta istehsalı 5,2 faiz artaraq 542,8 milyon ədəd, yun istehsalı 5,4 faiz artaraq 2,9 min ton olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ilin əvvəlindən 59,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 15,5 faiz çox tərəvəz, 8,3 min ton və ya 20,0 faiz çox kartof toplanıb.