Yaşyarımlıq qızın dramı...

“Ürəyi istəyər deyə yanında yemək yemirik”
Adanada bir ana, keysəriyyə əməliyyatı ilə doğum zamanı beyninə oksigen getmədiyi üçün xəstələnən və mədəsinə qoyulmuş xüsusi bori ilə qidalanan 1,5 yaşındakı qızı İlaydanın gözünə görünmədən yemək yeyir.
Ərdəm və Merve İlhantekin cütlüyünün ilk uşaqları Çingiz, 2 il əvvəl ürəyi dəlik olaraq dünyaya gəldi. Ardından əkiz körpələrə hamilə qalan Merve İlhantekin, 7 aylıqkən keysəriyyə əməliyyatı ilə xüsusi bir xəstəxanada dünyaya gətirdiyi qızlarına Funda və İlayda adını verdi. Funda, doğumdan 5 ay sonra həyatını itirdi. İlayda isə 6 aylıq olarkən yemək yeməməyə başladı. Xəstəxanaya aparılan İlaydaya, "serebral palsili” deyilən beyin narahatlığı diaqnozu qoyuldu. Diaqnozun ardından qızının müalicəsi üçün fərqli həkimlərə müraciət edən ana İlhantekin, İlaydanın keysəriyyə əməliyyatı ilə doğum zamanı oksigensiz qaldığını qarşıya qoydu.
Qızının 6 aylıq olana qədər normal qidalandığını və inkişaf etdiyini izah edən İlhantekin, "Bir qızımı itirdim, bunu itirmək istəmirəm. İlaydanı, mədəsinə qoyulan "şlank”la bəsləyirik. Yalnız maye içir. Xəstəliyinə çarə tapa bilmək üçün qızımı həkimlərə gəzdirirəm. Tək istəyim İlaydanın yaşıdları kimi danışması, qidalanması və oynaması” dedi. Qızının, yaşıdları kimi hərəkət edə bilmədiyini ifadə edən İlhantekin, İlaydanın izdihamlı mühitlərdə infeksiya tapdığı üçün reabilitasya mərkəzinə də apara bilmədiyini söylədi.
İlaydanın yanında yemək yeməməyə diqqət göstərdiklərini vurğulayan İlhantekin, belə danışdı: "Qızımın burnuna iy gəlməsin deyə evdə yemək hazırlamıram. Otaqlarda qızım görmədən yemək yeyirəm. Yanında yediyimiz zaman gözlərəmin içinə baxır, bizimlə yemək istəyir, amma yedirə bilmirik. Yaşıdları getməyə, danışmağa başlarkən mənim qızım hərəkət edə bilmir, yemək yeyə bilmir. Qonaqlığa getdiyimizdə danışılan bir mövzu var - qızımın xəstəliyidi. Tək istədiyim, qızımın sağlamlığına qovuşmasıdır.”