Yeni tədris ilindən 149 müəllim yeni iş yerlərində çalışacaq
11:26 27.05.2016
Arxiv
524
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə bu ilin may ayında 3 (üç) mərhələli müsabiqə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) yekunlaşıb.
Təhsil İdarəsindən APA-nın sorğusuna cavabda bildirilib ki, müsabiqədə iştirak etmək istəyən 393 müəllim 3-10.may 2016-cı il tarixlərində miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçib və mayın 12-dək müvafiq sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim ediblər.
Müsabiqənin birinci – elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və təqdim edilən sənədlərin təhlili aparılaraq onlardan 297 nəfəri müsabiqənin növbəti - test imtahanı mərhələsinə buraxılıb. Müsabiqənin ikinci – test imtahanı mərhələsi mayın 14-də Azərbaycan Dövlət İqtisad Universitetinin II Tədris binasında təşkil edilib.
Test imtahanına 288 nəfər qatılıb. Test imtahanının nəticələrinə və seçdikləri yerlərə uyğun olaraq 176 nəfər müsabiqənin növbəti – müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Müsabiqənin üçüncü – müsahibə mərhələsi mayın 19-da Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə təşkil olunub. Müsahibə mərhələsində 166 nəfər iştirak edib. 10 nəfər müsahibəyə gəlməyib. Müsabiqənin yekunu olaraq, müvafiq müəssisə rəhbərlərinin əsaslandırılmış rəyi nəzərə alınaraq müsahibə mərhələsində iştirak etmiş namizədlərdən 149 müəllimin iş yerinin dəyişdirilməsi məqsədəuyğun sayılıb.
Yeni tədris ilindən etibarən yerlərini dəyişən müəllimlər yeni iş yerlərində çalışmağa başlayacaqlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə